Qırmızı.az
Məhbuslar üçün peşə hazırlığı kursları açılıb
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Ədliyyə Nazirliyi arasında cari ilin martında imzalanmış müvafiq sazişə əsasən, penitensiar müəssisələrdə cəza müddətini başa vurmaq ərəfəsində olan şəxslərin gələcək məşğulluğuna köməklik göstərilməsi məqsədilə onlar üçün peşə hazırlığı kursları təşkil olunur.
Bu barədə Publika.az-a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Penitensiar müəssisələrdəki mövcud peşə məktəblərinin bazasında dərzi, kompyuter istifadəçisi, dülgər-xarrat peşələri üzrə təşkil olunan kurslara 16 nəfəri qadın olmaqla 198 nəfər şəxs cəlb olunub. Onlardan artıq 96 nəfəri peşə kurslarını uğurla başa vurub. Kursların bitmə vaxtı ilə bu kurslara cəlb olunanların cəzaçəkmə müddətinin başa çatma vaxtı təxminən eyni dövrə təsadüf edir. Cəzaçəkmə müəssisələrindən azad olunduqdan sonra onların yeni yiyələndikləri peşələr üzrə məşğulluqlarının təmin olunması müvafiq ərazi üzrə məşğulluq orqanları tərəfindən diqqətdə saxlanılır.
Qeyd olunan işlər Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı”na əsasən aparılır. Proqramda digər tədbirlərlə yanaşı, cəzaçəkmə müəssisələrində cəza çəkməkdən azad ediləcək şəxslərin məşğulluğunun təmin edilməsinə köməklik göstərilməsi məqsədi ilə onlar üçün peşə hazırlığı kurslarının təşkil edilməsi də nəzərdə tutulub.
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
-
Nəqliyyat08:00
Bu yolda sürət həddi bərpa edildi - YENİLƏNDİ
-
Hadisə07:39
Siqaret çəkərkən saçları alovlanan qadın öldü - FOTO