Qırmızı.az
Türkiyə səmasında qorxulu anlar: Pilot yatmış, köməkçisi isə...
Bu gün Türkiyə hava məkanında qorxulu anlar yaşanıb.
Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi
məlumata görə, türk hava sahəsinə daxil olan sərnişin təyyarəsinin
pilotu yatıb.
Təyyarədəki 300 sərnişinin xilas edilməsi isə Ankaradakı nəzarət
qülləsi sayəsində mümkün olub.
Təyyarə Hindistanın ən prestijli hava yolu şirkətlərindən olan “Jet
Airways”a məxsus olub. “Boeing 777-300” tipli sərnişin təyyarəsi
Hindistanın Mumbay şəhərindən Belçikanın paytaxtı Brüsselə
uçurdu.
Pilotunun yatdığı təyyarə hündüylüyünü sürətlə itirib. Təyyarə
10 kilometr hündürlükdən uçmalı olsa da, 1500 metr daha alçaqdan
uçması Ankaradakı nəzarət qülləsinin diqqətindən yayınmayıb.
Təyyarəyə təcili çağırış göndərən türk səlahiyyətlilər bunun
səbəbini soruşub.
Başı başqa bir şeyə qarışan köməkçi pilot yatan pilotu qaldıraraq
təyyarənin normal uçuşa qayıtmasını təmin edib.
Hadisədən sonra Hindistan Mülki Aviasiya Mərkəzi istintaqa
başlayıb. Mərkəz istintaqın başa çatmasına qədər sərnişin
təyyarəsinin pilotu və köməkçisini uçuşlardan
kənarlaşdırıb.
Ömər Dağlı
-
Hadisə07:39
Siqaret çəkərkən saçları alovlanan qadın öldü - FOTO
-
Sağlamlıq07:10
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var - - Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
-
Dünya06:28
Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi