Qırmızı.az
Bakıda avtobus sürücülərinə qarşı reydlərə başlandı
Bakı şəhərində sərnişindaşımada nizam-intizamın yaradılması və yol-nəqliyyat hadisələrinin sayının minimuma endirilməsi məqsədilə Bakı şəhər Dövlət Yol Polisi Nəqliyyat Nazirliyinin əməkdaşları ilə birgə reydlərə başlayıb. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov məlumat verib.
V.Əsədov bildirib ki, hazırda paytaxtın müxtəlif bölgələrində,
metronun "Neftçilər", "Xalqlar Dostluğu", "Nizami Gəncəvi"
stansiyalarının yaxınlığında, 20 Yanvar dairəsində, Rəşid Behbudov
küçəsində, Azneft dairəsində və digər ərazilərdə Bakı şəhər Dövlət
Yol Polisinin bölmə və şöbə əməkdaşlarından ibarət yaradılmış qrup
Nəqliyyat Nazirliyinin əməkdaşları ilə birgə reydləri davam
etdirir: "Çox təəssüflər olsun ki, keçirilən bu reydlər zamanı
hətta avtobusu sərxoş vəziyyətdə idarə edən sürücülərə də rast
gəldik. Nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən bir
sürücü aşkarlanıb. Yenə də həmişəki kimi avtobus dayanacaqlarını
qeyri-qanuni zəbt edən 100-ə yaxın taksi sürücüsünə, yolların
hərəkət hissəsində ikinci cərgədə, avtobus dayanacaqlarından
kənarda avtobusların dayanmasına şərait yaradan 30-a yaxın sürücüyə
inzibati protokol yazılıb".
Onun sözlərinə görə, reydlər zamanı məlum olub ki, avtobuslara məxsus qeydiyyat şəhadətnamələrinin olmaması halları həddindən artıq çoxdur: "Hazırda müxtəlif səbəblərə görə 45 avtobus yol hərəkətindən kənarlaşdırılıb, müvəqqəti cərimə meydançasına aparılıb. Tədbirlər davam etdirilir. Təəssüflər olsun ki, sərnişinlər reyd keçirən əməkdaşlara maneələr törədir, yəni təzyiqlər, narazılıqlar və s. olur ki, bu da yolverilməzdr".
Qeyd edək ki, son günlər marşrut avtobuslarının iştirakı ilə baş
verən yol qəzalarının sayı artıb.
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO
-
MDB16:43
Zelenskiyə qarşı terror planlaşdıran şəbəkə ifşa edildi: Daha kimləri öldürmək istəyiblər?
-
Sosial15:58
Novruz Məmmədov vəzifəsindən azad edildi
-
MDB15:07
Təhlükəsizlik qüvvələri əməliyyat keçirdi: Nazir rüşvət alarkən saxlanıldı