Qırmızı.az
Güclü külək əsəcək, yağış yağacaq
Bakıda və Abşeron yarımadasında bu gün havanın dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a verilən məlumata görə, lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Gecə və səhər duman olacaq. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 5-7° isti, gündüz 9-11° isti, Bakıda gecə 5-7° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 5-10° isti olacaq.
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır


































