Qırmızı.az
Şaxta uçdu: 25 ölü
Mərkəzi Afrika Respublikasının cənubunda yerləşən Uaka
prefekturasında qızıl çıxaran şaxtanın uçması nəticəsində 25 nəfər
uçqunların altında qalaraq həlak olub.
Publika.az-ın məlumatına görə, uçqun altında qalan daha iki nəfərin
cəsədinin axtarışları davam edir.
Hadisə Bambari şəhərindən 60 kilometrdə Ndassima şaxtasında
olub.
"France Presse" agentliyinin bildirdiyi kimi, daha əvvəl “Axmin”
şaxtası Kanada şirkətinə aid idi, amma bir il öncə "Seleka"
qruplaşmasının döyüşçüləri tərəfindən tutulmuşdu.
Xatırladaq ki, Mərkəzi Afrika Respublikasında "Seleka" islam
qruplaşmasının döyüşçüləri "Anti-balaka" üsyançı-xaçpərəst
qruplaşmasına qarşı döyüşlər aparır.
Ölkədə vəziyyət 2013-cü ilin dekabrından kəskinləşib. BMT-nin
məlumatına görə, münaqişə dövrü ərzində mindən çox insan həlak
olub, milyona yaxın şəxs öz evlərini tərk etməyə məcbur edilib.
-
Dünya06:28
Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək