Qırmızı.az
Orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi başlanıb
Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə avqustun 30-u saat 9:00-dan sentyabrın 3-ü saat 23:59-dək internet vasitəsilə ixtisas seçimi aparılır. Bu barədə Publika.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat verilib.
İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili
müəssisələrinin 20-dək ixtisas kodunu seçib, onları
http://eservices.tqdk.gov.az/erizebak internet ünvanında yerləşən
“Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədiyi
ardıcıllıqla daxil edərək təsdiqləməlidir.
Ərizəsini təsdiqləmək üçün abituriyent TQDK-nın yeni virtual ödəmə
kartını alır və onun şifrəsindən istifadə edir.
Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər
müsabiqəyə buraxılmayacaqlar.
Orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət imtahanı
tələb edən ixtisasları ixtisaslar siyahısında ulduz (*) işarəsi ilə
qeyd olunub. Bu ixtisasları yalnız qabiliyyət imtahanlarından
“məqbul” alan və test imtahanlarında topladıqları balı 20 və daha
yüksək olan abituriyentlər seçə bilərlər.
Abituriyentlərə xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı
müvafiq qruplar daxilində digər ixtisasları da seçmək imkanı
verilir.
İxtisas seçimi elanı, boş qalan yerləri olan ixtisasların siyahısı
“Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunub. Jurnalda
həmçinin orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət
tələb edən ixtisaslarının Qabiliyyət İmtahanı Komissiyaları üzrə
bölgüsü, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin
doldurulma qaydası, “Abituriyentin elektron ixtisas seçimi
ərizəsi”nin nümunəsi və s. məlumatlar təqdim olunub.
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ