“Azəriqaz” növbəti görüşünü Binəqədidə keçirəcək
Bizi izləyin

Qırmızı.az

“Azəriqaz” növbəti görüşünü Binəqədidə keçirəcək

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü Binəqədi rayonunda təşkil olunacaq.

Bu barədə Publika.az">Publika.az-a İstehsalat Birliyindən məlumat verilib.

"Azəriqaz" İB-nin rəhbər şəxsləri Binəqədi rayonu, M.Ə Rəsulzadə qəsəbəsi, Arif Hüseynov küçəsi 8 (Ramiz Aboyev Parkı) ünvanında baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.

“Səyyar qəbul otağı” mayın 12-də saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm