Qırmızı.az
Çəkici satıcının başına vurdu, sonra da özünə xəsarət yetirdi
Salyanda mağazanın satıcısına xəsarət yetirilib. Rayon Polis Şöbəsindən Publika.az-a verilən məlumata görə, Salyan rayon sakini Rafael Rüstəmov Mübariz Abbasova məxsus mağazada satıcı işləyən Səadət Qasımovaya zor tətbiq edərək başına çəkiclə xəsarət yetirib. Sonra da satıcının yerə yıxılmasından istifadə edib mağazadakı ərzaq məhsullarını oğurlamaq istəyib. Lakin mağazaya digər müştərilərin gəlməsindən ehtiyat edərək hadisə yerini tərk edib.
Mağazaya gələn müştərilərdən biri satıcını qan içində görüb və dərhal polisə məlumat verib. Xəsarət alan Səadət Qasımova xəstəxanaya yerləşdirilib.
Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Rafael Rüstəmovun xalası Natalya Rüstəmovanın evində gizləndiyi aşkarlanıb. Polis əməkdaşları hadisə yerinə gedərkən Rafael Rüstəmov bıçaqla öz qarın nahiyəsinə xəsarət yetirib.
Xəstəxanaya yerləşdirilən R.Rüstəmovun vəziyyəti ağır olduğundan polis tərəfindən dindirilməsi hələ ki mümkün olmayıb.
Təfərrüatlar araşdırılır. Faktla bağlı Salyan Rayon Polis Şöbəsində cinayət işi başlanıb.
Simnarə
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ