Qırmızı.az
Xırdalanda növbəti vətəndaş qəbulu keçirildi - FOTO
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin operativ həlli ilə bağlı göstərişlərinə uyğun olaraq Abşeron rayonunda vətəndaş qəbulu keçirilib.
Publika.az">Publika.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində baş tututan vətəndaş qəbulunda Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər və Xırdalan şəhər sakinləri iştirak edib.
Rayon əhalisi ilə mütəmadi görüşlərin keçirildiyini, Abşeronun, o cümlədən Xırdalan şəhərinin problemlərinin dərindən araşdırıldığnı, məktəb və bağçalarda sıxlığın müşahidə edildiyini bildirən Abdin Fərzəliyev rayon ərazisində görülən işlərdən və bundan sonra atılacaq addımlar barəsində ətraflı məlumat verib.
Sonra çıxış edən sakinlər şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədi ilə istirahət parkının salınmasında, tikintisi başa çatmış yaşayış binalarının təhvil alınmasında, sənədsiz evlərin və torpaq sahələrinin sənədləşdirilməsində, işlə təmin olunmada və digər məsələlərin həllində köməklik göstərilməsini xahiş ediblər.
Sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar verilib.
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO