Qırmızı.az
Uzunömürlülərin Yaradıcılıq Festivalı keçiriləcək
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 8-də Lerik rayonunda Uzunömürlülərin Yaradıcılıq Festivalı keçiriləcək.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, müstəqil Azərbaycanın tarixində ilk dəfə keçiriləcək bu festival respublikamızın uzunömürlülər diyarı kimi təbliğ edilməsi, ahıl insanların yaradıcılıq potensialının üzə çıxarılması və stimullaşdırılması, regionlararası mədəniyyət mübadiləsinin gücləndirilməsi məqsədini daşıyır.
Lerik rayonunun uzunömürlü insanların yaşadığı bölgələrdən biri kimi məşhur olmasını, burada respublikada yeganə olan "Uzunömürlülər" muzeyinin fəaliyyət göstərməsini, festivalın regionun turizm potensialının gücləndirilməsi istiqamətində əhəmiyyətini nəzərə alaraq tədbirin Lerikdə keçirilməsi planlaşdırılıb.
Bir sıra janrlar - mahnı və muğam ifaçılığı, aşıq musiqisi, rəqs, sənətkarlıq, təsviri və tətbiqi sənət üzrə keçiriləcək bu festivalda kitab, foto və rəsm sərgilərinin təşkili, Azərbaycanın müxtəlif bölgələrindən - Lənkəran şəhər, Balakən, İsmayıllı, Lerik, Astara, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar və Salyan rayonlarından yaşı 70-dən yuxarı olan yaradıcı insanların, uzunömürlülərdən ibarət "Rəfti", "Nənələr" folklor kollektivlərinin, həmçinin respublikanın xalq artistləri Canəli Əkbərov, Teymur Mustafayev, Natəvan Şeyxova, Valeh Kərimov, əməkdar artistlər Zakir Əliyev, Azad Şükürov, Rafiq Seyidzadə və başqalarının iştirakı nəzərdə tutulub.
Festivalda "Salnamə" kinostudiyasının istehsalı olan "Əsrə sığmayan həyat" filmi nümayiş etdiriləcək, Azərbaycan mətbəxinin təbliği məqsədilə Milli Kulinariya Mərkəzi ilə birgə plov festivalı təşkil ediləcək.
Cəvahir Səlimqızı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO