Qırmızı.az
Sərin hava şəraiti davam edəcək
Azərbaycanda nisbətən sərin hava şəraiti davam edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya
Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Publika.az-a
verilən məlumata görə, sentyabrın 4-də Bakıda və Abşeron
yarımadasında hava şəraitinin dəyişkən buludlu, gün ərzində əsasən
yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi
əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 23-26,
gündüz 29-34 dərəcə isti olacaq.
Azərbaycanın əksər rayonlarında sentyabrın 4-də hava əsasən
yağmursuz keçəcək, lakin dağlıq ərazilərdə gecə və axşam şimşək
çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi
əsəcək.
Aran rayonlarında havanın temperaturu gecə 20-25, gündüz 32-37,
dağlarda gecə 12-17, gündüz 22-27 dərəcə isti olacaq.
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ