Qırmızı.az
Səfərbərlik Xidməti ehtiyatdakı hərbçilərin toplanışı ilə bağlı açıqlama yaydı
"Ehtiyatda olan hərbi vəzifəlilərin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yerli idarə, şöbə və bölmələrinə çağırışı qanunvericiliyə uyğun olaraq yoxlama məqsədilə həyata keçirilir".
Bu barədə SHXÇDX-nin mətbuat xidmətindən məlumat verilib. Açıqlamada bildirilib ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 45-ci maddəsinə əsasən, hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar.
SHXÇDX-dən toplanışların müddətləri və vaxtı məsələsinə də aydınlıq gətirilib: "Toplanışların müddətləri və vaxtı məsələsi bu qanuna uyğun olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müəyyənləşdirilir. Toplanışlara cəlb ediləcək hərbi vəzifəlilərin sayını Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin təqdimatı ilə Azərbaycan Respublikasının prezidenti müəyyən edir. Hərbi vəzifəlilər toplanışa Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən göndərilir.
Müvafiq qanuna əsasən, səfərbərlik hazırlığının yoxlanılması məqsədi ilə hərbi vəzifəlilər hərbi təlim toplanışlarından başqa 10 (on) günədək müddətə hərbi yoxlama toplanışlarına çağırıla bilərlər".
Həmçinin bildirilib ki, Xidmətə həvalə olunmuş vəzifələr sırasında aidiyyəti səfərbərlik planlarının yerinə yetirilməsi üçün təlim və məşqlərin keçirilməsi də yer alır. Xidmət tərəfindən qanunvericilikdən irəli gələn tələblər çərçivəsində mütəmadi olaraq bu kimi tədbirlər həyata keçirilir. (anspress)
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
-
Nəqliyyat08:00
Bu yolda sürət həddi bərpa edildi - YENİLƏNDİ
-
Hadisə07:39
Siqaret çəkərkən saçları alovlanan qadın öldü - FOTO
-
Sağlamlıq07:10
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var - Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
-
Dünya06:28
Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI