Qırmızı.az
“Baku Bus” 400 avtobus sürücüsü axtarır
Paytaxtda sərnişin daşınması üçün yeni yaradılmış “Baku Bus” MMC gələn ilin əvvəlindən fəaliyyətə başlayacaq. Bunnula əlaqədar olaraq şirkət avtobus sürücülərinin işə qəbuluna başlayıb. Şirkətdən fins.az-a verilən məlumata görə, təqribən 400 təcrübəli avtobus sürücüsünün işə götürülməsi planlaşdırılır. Namizədlər 30-55 yaşında olmaları, azı 5 il avtobus sürücüsü kimi iş təcrübəsi, “C” və “D” kateqoriyalı sürücülük vəsiqəsi tələb olunur.
“Baku Bus” MMC-də çalışan avtobus sürücüləri ilkin olaraq 700 manat maaş alacaqlar. Sonradan bu məbləğ artacaq. Sürücülərdən gündəlik plan da tələb olunmayacaq. Çünki, avtobuslarda ödəniş kart sistemi ilə, validatorların köməyi ilə həyata keçiriləcək.
“Baku Bus” MMC-də sürücülərin iş rejimi daha rahat olacaq. Sürücülər "4 gün iş, 1 gün istirahət" sxemi ilə çalışacaqlar. 4 iş günündən 2-də iş vaxtı səhər saat 6-dan günortadan 15-dək, digər 2 gün ərzində isə saat 15-dən 24-dək olacaq.
Xatırladaq ki, “Baku Bus” MMC Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılıb. “Baku Bus” MMC-ə məxsus 150 avtobus Fransa istehsalı olan “İveco” markalı avtobuslardır. Onlar Azərbaycan büdcəsinə 68 milyon ABŞ dollarına başa gəlib.
Avtobuslar sıxılmış maye qaz ilə işləyir və Avro 6 standartına uyğundur. Onlar GPS sistemi ilə təchiz olunur. “Baku Bus”ın sürücüləri işə başlamazdan əvvəl onlara fransız mütəxəssislər təlim keçiləcək.
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ