Qırmızı.az
Kürdə 20 gündür ölmüş heyvan cəsədi aşkarlanıb
Kür çayının Zərdab rayonunun Qoruqbağı kəndi ərazisində suda heyvan cəsədləri aşkarlanıb. Onların “Nodulyar dermatit” xəstəliyinə yoluxmuş heyvan cəsədi olması ehtimal edilir.
Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli Publika.az-a açıqlamasında cəsədlərin sudan çıxarılıb, müəyyən olunmuş ərazidə basdırıldığını deyib:
“Faktla bağlı sentyabrın 3-də bələdiyyədən yerli baytarlıq idarəsinə məlumat verilib. Baytarlıq idarəsinin əməkdaşları bələdiyyə nümayəndələri ilə birlikdə ərazidə olub. Çaydan iki heyvan cəsədi çıxarılıb. Onların heyvanlar üçün müəyyən edilmiş qəbiristanlıqda basdırılıb. Ərazidə dezinfeksiya işləri aparılıb”.
Heyvanların “Nodulyar dermatit” xəstəliyinə yoluxmuş olmasına gəldikdə, Y.Xanvəli bunu müəyyən etməyin mümkün olmadığını bildirib:
“Müayinə zamanı onların 20 gün əvvəl suya atıldığı və artıq ətlərinin çürüdüyü müəyyən edilib. “Nodulyar dermatit” dəri xəstəliyidir. Heyvanlarda çürümə getdiyindən xəstəlik olub-olmadığını müəyyən etmək mümkün olmayıb. Lakin olsa belə, həmin xəstəliyin heyvandan insan keçmədiyi məlumdur. Bu baxımdan təhlükə yoxdur. Heyvanların 20 gün suda qalması isə bəzi infeksiya və mikrobların inkişafına səbəb ola bilər”.
Kürün adıçəkilən ərazisindən suyun bakterioloji müayinəsinin aparılıb-aparılmamasına gəldikdə, Respublika Taun Əleyhinə Stansiyasının direktoru Rakif Abdullayev onlarda bu barədə məlumatın olmadığını dedi. "Hər il may ayından oktyabra qədər Kür çayında bakterioloji müayinə aparılır. Konkret bu faktla bağlı bizə məlumat daxil olmayıb. Hər hansı bakteriya aşkarlansa, bu barədə bizə məlumat veriləcək".
Gülxar
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər
-
Sosial15:20
Əməkhaqqı ilə bağlı mühüm dəyişiklik - İyulun 1-dək...
-
Rəsmi xronika14:41
Prezident və birinci xanım Şuşada