Qırmızı.az
“Oazis”in başı qalmaqalda -YOXLANILIR
Sentyabrın 2-də “Oazis” restoranında müştərilərlə restoran işçiləri arasında dava sonda barışıqla bitdi. Ötən gün qalmaqallı restoranda olan əməkdaşımız rəhbərlikdən heç kimlə görüşə bilməyib. “Müdir burda yoxdur” deyən mühafizəçilərdən biri administratorlara danışmağı məsləhət bildi. Restoranın administratoru dedi ki, rəhbərliyin qəti təlimatı olduğu üçün heç bir informasiya verə bilməyəcək. Söhbət əsnasında o dedi ki, dava barədə hər şey dəfələrlə yazıldığı üçün yeni heç nə söyləməyəcək: “Guya demişik ki, arvadının yaxasını bağla. Elə şey ola bilməz. Ondan başqa şəkili də var. Onun yoldaşı ağ paltarda, yaxası bağlı idi. Onun öz sinəsi açıq idi. Başqa masalardan şikayət gəldi deyə, bizim işçilər yaxınlaşıb deyib ki, yaxanı bağla. O da əvəzində söyüş söyüb, ofisiantı vurub. Hadisə bu cür olub”.
Həmsöhbətimiz onu da bildirdi ki, bu cür hadisələr hər bir
restoranda baş verə bilər. “Oazis”dən onu da öyrəndik ki,
restoranın həbs edilən əməkdaşlarının buraxılması xəbəri doğru
deyil. Rəsmi barışığın isə hələ tam olmadığını, bu barədə dəqiq
informasiyanı yalnız rəhbərliyin icazəsindən sonra verə
biləcəklərini söylədilər. Məlum hadisədən sonra restorana gələn
müştərilərin sayında fərq olub-olmamasına gəlincə isə administrator
dedi ki, müştərilərin sayı azalmayıb: “Bizim öz müştərilərimiz var.
Hamısı da əvvəlki qaydasında gəlib-gedir. İndi də gördüyünüz kimi,
ailələr öz istirahətləri üçün gəlib, yeyib-içirlər”. Qeyd edək ki,
biz restoranda olarkən, saat 19:00 radələrində müştəri sayı heç də
çox deyildi. Təqribən 3 masa tutulmuşdu. “Oazis”də restoranda
yoxlama olmasını da təsdiqlədilər. Amma dediklərinə görə, bu
yoxlamanın son hadisələrlə heç bir əlaqəsi yoxdur. Həmin hadisənin
iştirakçılarından olan bir nəfər isə bu barədə danışmaq
istəmədiklərini və barışığın olduğunu söylədi. Onun sözlərinə görə,
vəkilləri bu barədə danışmağa icazə vermir.
Sonda onu da qeyd edək ki, restoran sahibi artıq problemin həll
olunduğunu, qarşı tərəfin barışıq təklifinə müsbət cavab verdiyini
bildirib.
musavat.com
-
Sosial09:48
Yaqub Eyyubovun qardaşı qızı ilə bağlı qalmaqal
-
MDB09:12
Azov və Qara dənizdə şiddətli müharibə: Ukrayna ATACMS raketləri ilə hücum etdi
-
Nəqliyyat08:50
Bakıda sıxlıq olan yollar - SİYAHI
-
Dünya06:49
Bu ölkədə havanın temperaturu 52 dərəcəyə çatdı
-
Dünya05:15
Ərdoğandan İtaliyaya Fələstinlə bağlı ÇAĞIRIŞ
-
Dünya03:18
Məşhur vulkan yenidən püskürdü
-
İdman02:00
UEFA Konfrans Liqasının qalibi məlum oldu
-
Qoroskop00:25
Günün qoroskopu: ideyaların reallaşdırılması üçün uğurlu gündür