Qırmızı.az
Hamilə qadın siflis çıxdı - Bakı Dəmiryol Poliklinikasında ŞOK
2 saylı Bakı Dəmiryol Poliklinikasında hamilə qadında siflis xəstəliyi aşkarlanıb. Publika.az-ın hadisə yerində olan əməkdaşının məlumatına görə, bu məsələ xəstəxanada səs-küyə səbəb olub.
Məsələ ilə bağlı sonradan poliklinikanın baş həkimi ilə əlaqə saxladıq. Baş həkim onlarda belə bir məlumatın olmasını nə təsdiq, nə də inkar etdi.
“Məndə belə bir məlumat yoxdur. İndi dəqiqləşdirə də bilmərəm, çünki həkimlər işdə deyil”.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Publika.az-a açıqlamasında bildirib ki, hər hansı xəstəxanada belə fakt aşkarlanarsa, ilk növbədə həmin şəxs Respublika Dəri-Zöhrəvi Dispanserinə yerləşdirilir. Orada yenidən müayinə edilir. Fakt təsdiqləndiyi halda həmin şəxs stasionar müalicəyə göndərilir.
Xatırladaq ki, sifilis - klassik zöhrəvi xəstəliklər qrupuna aid olub, çox asanlıqla sağlam cinsi partnyora keçərək xəstəliyin ilk etaplarında cinsi orqanlarda xoraların meydana gəlməsi ilə xarakterizə olunur. Sifilisin səbəbi “treponema pallidum” adlı yüksək kontaginoz bakteriyalardır. 50% hallarda yoluxmuş şəxs ilk cinsi əlaqədə belə tam sağlam cinsi partnyoru yoluxdura bilər.
Sifilisə yoluxmuş hamilə qadın uşağı da asanlıqla yoluxdura bilər. Döldə də xəstəliyin gedişatı böyüklərdəki kimi olur ki, bu da ya hamiləliyin pozulmasına, ya da yenidoğulmuşlarda anomaliyalara səbəb olur.
-
Sosial19:48
Azərbaycanda faciəli şəkildə ölən prokurorun FOTOSU
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmanı polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO
-
MDB16:43
Zelenskiyə qarşı terror planlaşdıran şəbəkə ifşa edildi: Daha kimləri öldürmək istəyiblər?