Qırmızı.az
Bakı müəllimləri sınağa çəkiləcək
Bakı şəhərinin dövlət ümumtəhsil məktəblərində çalışan müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsində üzrlü səbəblərə görə iştirak edə bilməyən və sosial məzuniyyətdən qayıtmış müəllimlər üçün sentyabrın 20-də sınaq qiymətləndirilməsi keçirilməsi nəzərdə tutulub. Bu barədə Publika.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Artıq bu həftədən başlayaraq sınaq qiymətləndirilməsində iştirak etmək üçün dövlət ümumtəhsil müəssisələrinin hər müəlliminin adına buraxılış vərəqəsi göndəriləcəkdir. Buraxılış vərəqələri məktəb rəhbərliyi tərəfindən müəllimlərə çatdırılacaq.
Qiymətləndirilmənin Bakı şəhərinin 2 məktəbində - 47 və 258 saylı orta məktəblərdə keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumtəhsil müəssisələrində işləyən müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə 10-13 iyunda Bakı şəhərinin dövlət ümumtəhsil məktəblərində çalışan müəllimlərin bilik və səriştəsinin ilk sınaq qiymətləndirilməsi keçirilib.
Gülxar
-
Hadisə07:39
Siqaret çəkərkən saçları alovlanan qadın öldü - FOTO
-
Sağlamlıq07:10
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var - - Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
-
Dünya06:28
Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi