Qırmızı.az
Nazirlik işsizlərə 350-yə yaxın iş yeri təklif etdi
Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən respublikanın bölgələrində keçirilən əmək yarmarkaları Salyan rayonunda davam etdirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, aktiv məşğulluq tədbirində 15-i qeyri-dövlət sektoruna aid 41 müəssisə tərəfindən 350-yə yaxın boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşlara təklif edilib.
Yarmarkada 102 nəfər rayon sakininə, o cümlədən sosial cəhətdən həssas qruplardan olan 4 nəfərə boş iş yerlərinə göndəriş verilib.
Tədbirdə, həmçinin 12 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib, əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb olunmaq istəyən şəxslərin qeydiyyatı aparılıb.
Növbəti əmək yarmarkası sentyabrın 19-da Ağsu rayonunda keçiriləcək. Tədbirdə işsiz və işaxtaran vətəndaşlara 30-a yaxın müəssisə üzrə 250-dən çox boş iş yerinin təqdim olunması nəzərdə tutulur.
-
Sosial19:48
Azərbaycanda faciəvi şəkildə ölən prokurorun FOTOSU
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmanı polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO
-
MDB16:43
Zelenskiyə qarşı terror planlaşdıran şəbəkə ifşa edildi: Daha kimləri öldürmək istəyiblər?