Qırmızı.az
Əsrimizin sonunda Yer kürəsi əhalisinin sayı 12,3 milyard nəfərə çatacaq
Alimlər planetdə demoqrafik vəziyyət barədə yeni proqnoz veriblər. “Science” jurnalı yazır: BMT və Vaşinqton Universiteti mütəxəssislərinin yeni tədqiqatına görə, 2100-cü ilədək Yer kürəsi əhalisinin sayı 80 faiz ehtimalla 9,6-12,3 milyard nəfərə çatacaq.
Demoqraflar güman edirlər ki, əhalinin artımı əsasən Afrika
ölkələri sayəsində olacaq. Böyük Səhradan cənubda yerləşən Afrika
ölkələrində əsrin sonunadək əhalinin sayının dörd dəfə artaraq
təqribən 4 milyard nəfərə çatacağı gözlənilir. Alimlər hesab
edirlər ki, 2050-ci ildə Asiya ölkələrində 5 milyard adam
yaşayacaq, lakin sonrakı dövrdə demoqrafik tənəzzül gözlənilir.
Avropa və Şimali Amerika isə əhalinin artımına çox kömək
göstərməyəcək.
Bundan başqa, tədqiqatın nəticələri göstərir ki, dünyanın bütün
ölkələrində əmək qabiliyyətli və ahıl yaşlı insanların say
nisbətinin xeyli azalacağı gözlənilir.
Əvvəllər demoqraflar belə güman edirdilər ki, Yer kürəsində əhalinin sayı 9 milyarda yaxınlaşdıqdan sonra sabitləşmə və ya azalma başlayacaq.
-
Nəqliyyat08:00
Bu yolda sürət həddi bərpa edildi - YENİLƏNDİ
-
Hadisə07:39
Siqaret çəkərkən saçları alovlanan qadın öldü - FOTO
-
Sağlamlıq07:10
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var - - Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
-
Dünya06:28
Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu