Qırmızı.az
Müəllimlərin növbəti sınaq qiymətləndirilməsinin nəticələri açıqlanıb
Sentyabrın 20-də keçirilmiş Bakı şəhərinin dövlət ümumtəhsil məktəblərində çalışan müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsinin nəticələri açıqlanıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Publika.az-a verilən məlumata görə, nəticələrlə Bakuedu.az saytından istifadə etməklə tanış olmaq olar. Qiymətləndirmədə iştirak edən müəllimlər iş nömrəsi, məktəb kodu və doğum ilini yazmaqla nəticəsi haqqında məlumat əldə edə bilər.
Nəticələrin öyrənilməsi ilə bağlı problem yarandıqda saytda yerləşdirilmiş "Müraciət forması"nı doldurmaq xahiş olunur. Müraciətlərə bir iş günü ərzində cavab veriləcək.
Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumtəhsil müəssisələrində işləyən müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə 10-13 iyunda Bakı şəhərinin dövlət ümumtəhsil məktəblərində çalışan müəllimlərin bilik və səriştəsinin ilk sınaq qiymətləndirilməsi keçirilib.
-
Magazin120:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi