Qırmızı.az
İnstitut suyun tərkibinin ölçülməsi üçün yeni avadanlıq alıb
Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutu elmi nəticələrin istehsalatda tətbiqi istiqamətində imkanlarını təkmilləşdirir.
İnstitutun “Analitik Cihaz və Avadanlıqlardan Kollektiv İstifadə Mərkəzi”nə “Universal S8 tiger” rentgenspektrometri, “JEOL MS 6610LV” skaynerli elektron mikroskopu, “Rigaku Miniflex 600” rentgendifraktometri, “Agilent technologies 200 series AA” atom absorbsiyası və “Agilent technologies 7700 e İCP-MS” analizatorları alınıb.
Mərkəzin rəhbəri Nazim Sadıqovun Publika.az-a verdiyi məlumata görə, bu avadanlıqlar mineral xammal, süxur, filiz, metal və ərintilərin, həmçinin torpaq, dib çöküntüləri, sement, şüşə və daşların tərkibində mikroelementləri müəyyən edə bilir. Eyni zamanda onların vasitəsi ilə istənilən qeyri-üzvi bərk və maye maddələrin, içməli və texniki suların kimyəvi tərkibini, o cümlədən neft və neft məhsullarındakı metalların mikrokomponentlərini təyin etmək mümkündür.
Sözügedən elmi-texniki vəsaitlər ABŞ, Almaniya və Yaponiyada
istehsal edilib. Bu cihazlarla analizlərin aparılması zamanı
metodik göstəricilər və təlimatlardan istifadə edilir. Analizlərin
nəticələrinin düzgünlüyü isə Rusiya, Almaniya və Yaponiyadan
alınmış xüsusi dövlət standartları ilə yoxlanılır.
-
Dünya06:28
Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək