Qırmızı.az
E.ə. V minilliyə aid maraqlı tapıntı - Qafqazda ilk dəfə
Cəlilabad rayonu ərazisində aparılan arxeoloji qazıntılar zamanı üç yeni qəbir aşkarlanıb, onlardan ikisində uşaq dəfn edilib. Uşaq qəbirlərinin ayrıca olması çox maraqlı hadisədir. Qəbirlərin birində müxtəlif ölçüdə və formada çoxlu sayda muncuqlar aşkarlanıb. Həmçinin qəbirlərin yanında qablar da tapılıb.
Bu barədə Publika.az-a Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Muğan-Neolit ekspediyasının rəhbəri Tufan Axundov məlumat verib.
Onun sözlərinə görə, qəbirlər Cəlilabad rayonu Üçtəpə kəndindəki Polutəpə qədim yaşayış məskənində tapılıb. Tapılan nümunələr e.ə. V minilliyin axırı Neolit dövrünə aiddir.
“Qəbirlər hamısı qırmızı boya ilə örtülüb ki, bu da həyat rəmzidir. Həmin dövrdə insanların ölmüş şəxsin yenidən doğulacağına olan inamı göstərir.
Qafqazda həmin dövr üçün ayrıca uşaq qəbrinə bu vaxta qədər rast gəlinməyib. Qablar, muncuqların qoyulması çox vaxt böyük qəbirlərində rast gəlinmir. Uşaq qəbirində bu hal önəmli yenilikdir. Bu həmin dövrdə cəmiyyətin inkişafını göstərir. Əvvəlki dövrlərdə insanları heç vaxt dəfn etmirdilər. Sonrakı dövrlərdə böyük insanların qəbri aşkarlanıb. Uşaqlar üçün ayrıca qəbrin olması artıq insana münasibətin dəyişməsini göstərir. Həmin ərazidə yaşayanların yaxşı formalaşmış cəmiyyətdə yaşadıqlarını sübut edir ”.
T. Axundov onu da əlavə edib ki, ərazidə kürələr tapılıb, onlar dağıntıya məruz qalsalar da, qatları tutmaq olur. Bunlar üzərində də araşdırma aparacağıq. Arxeoloq tədqiqatların davam etdiyini bildirib.
Gülxar
-
Sağlamlıq07:10
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var - - Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
-
Dünya06:28
Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA