Qırmızı.az
Bu gecə nələr oldu?

Publika.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, bu gecə Ağdaş rayonu, Ağzıbir kəndində (rayon mərkəzindən 30 km aralı) vətəndaşa məxsus "QAZ" markalı yük avtomobili idarəetməni itirərək kanala düşüb. Nəticədə avtomobildə olan qaz balonu alışıb. Avtomobil yanğından mühafizə olunub.
Gəncə şəhəri, Nizami rayonunda "FİAT" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Ağstafa rayonu, Dağ Kəsəmən kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus 80 ton olan ot bağlamasının 45 tonu yanıb.
Abşeron rayonu, Xırdalan şəhərində mənzildə bağlı qapı arxasında 1 nəfər köməksiz vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilin giriş qapısını açaraq içəri daxil olara biçarəni xilas ediblər.
Bir nəfər azyaşlı isə Bakı şəhəri, Xətai rayonunda mənzilin giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində bağlı qapı arxasında qalıb. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilin eyvanına qonşu mənzilin eyvanından enərək içəri daxil olub uşağı evdən çıxarıblar.

-
ABŞ02:42
ABŞ Daxili Təhlükəsizlik Naziri xəstəxanalıq oldu
-
Nida Təhlil 00:30
AzTV Əhmədinejadın "ölüm" xəbərinə görə ÜZR İSTƏDİ
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Qapıları açıq saxlayın
-
İKT17 İyun 22:48
Tanınmış jurnalistə yüksək vəzifə verildi
-
Magazin117 İyun 22:36
Şahidləri Murad Dadaşov oldu - FOTO/VİDEO
-
Yaxın Şərq17 İyun 22:24
İsraillilərə ÇAĞIRIŞ ETDİ: "Canınızı xilas etmək üçün şəhərləri tərk edin"
-
Sosial17 İyun 21:30
Müavinət və təqaüdlərin artımlarının ödəniləcəyi TARİX AÇIQLANDI
-
Yaxın Şərq17 İyun 21:24
İran İsrailin hava bazalarına zərbələr endirdi