Qırmızı.az
Sualtı səhnələrin lentə alındığı yeni serial başlayır

"Oscarfilm" prodakşının istehsalı olan "Səni ürəyim sevdi" serialı İlqar Fəhminin "Ay tutulanda" povesitinin motivləri əsasında çəkilir.
Pressaz.com saytının xəbərinə görə, çox yaxında "ATV" kanalında tamaşaçıların görüşünə yeni bədii televiziya serialı gəlir. "Oscarfilm" prodakşının istehsalı olan "Səni ürəyim sevdi" serialı İlqar Fəhminin "Ay tutulanda" povestinin motivləri əsasında ekranlaşdırılıb. Tanınmış rejissor Yaşar Əhmədovun imzası ilə ərsəyə gələn filmin quruluşçu rejissoru Şahin Qəhrəmandır. Sevgi və ailə dramı tandemi ilə zəngin süjet xəttinə malik filmin baş rollarını tanınmış aktyorlar Anar Heybətov, Şəlalə Şahvələdqızı, Nazir Rüstəmov, Əjdər Zeynalov, Cəlal Məmmədov və gənc aktyorlar Murad İsayev, Xumar Səlimova ifa edirlər.
Filmin çəkilişində ən son texniki avadanlıqlardan istifadə edilib
və Azərbaycanda ilk dəfə sualtı səhnələr lentə alınıb. Hərkəsin
maraqla gözlədiyi yeni serial 13 oktyabrdan etibarən, həftəiçi dörd
gün "ATV" kanalında yayımlanacaq.
Qeyd edək ki, seriala informasiya dəstəyini
Publika.az saytı verir.

-
Sosial10:52
Orta məktblərdə təhsil müddəti iki il azaldıla bilər: Universitetlərdə isə...
-
Nida Xəbər 09:36
Ermənilər Vardanyana görə Trampın kürəkəninə ağız açdılar: Paşinyan rədd cavabı verdi
-
Sağlamlıq09:24
Bu tarixdə xərçəng ölümcül xəstəlik sayılmayacaq - Professor şad xəbəri çatdırdı
-
Hadisə08:55
Azərbaycanda zəlzələ oldu
-
Nəqliyyat08:24
Bakının bu yollarında tıxac var - Siyahı
-
İKT07:35
İşdə süni intellektdən istifadə edənləri gözləyən TƏHLÜKƏ
-
Sağlamlıq05:45
Bu iki tərəvəz demensiyanın qarşısını alır - Professor açıqladı
-
ABŞ03:47
Trampın süni intellektlə bağlı planları üzə çıxdı - 70 milyard dollar ayıracaq