Qənirə Paşayeva Moldovada Qarabağ həqiqətlərindən danışıb
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayeva Moldovada Qarabağ həqiqətlərindən danışıb

Millət vəkili Qənirə Paşayeva Moldovanın Çadır Lunqa bölgəsinə səfəri zamanı bölgənin rəhbəri Sergey Mixayloviç Buzadji ilə görüşüb.

Çadır Lunqa bölgəsinin rəhbəri Sergey Mixayloviç Buzadji bölgə barədə geniş bilgilər verərək, dost Azərbaycanla münasibətlərin bütün istiqamətlərdə daha da inkişafında çox maraqlı olduqlarını vurğulayaraq rəhbərlik etdiyi bölgələri ilə Azərbaycanın bölgələri arasında arasında əməkdaşlığın genişlənməsi üçün böyük imkanlar olduğunu bildirib və bu istiqamətdə çalışmaları daha da artıracaqlarını qeyd edib. Millət vəkili Q.Paşayeva Çadır Lunqa bölgəsinin rəhbəri Sergey Mixayloviç Buzadjiyə Azərbaycanla bağlı, özəlliklə də Ermənistanın işğalçılıq siyasəti və Xocalı soyqırımı ilə bağlı geniş bilgilər verib, onunla fikir mübadiləsi aparılıb.

O, 1 milyon azərbaycanlının Ermənistanın işğalı nəticəsində öz doğma yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi, onların ən adi insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi barədə danışaraq, deyib ki, dünyanın harasında yaşamasından etnik və dini mənsubiyyətindən asılı olmayaraq ədalətin və insanlığın yanında olan bütün insanlar, Ermənistanın bu addımlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, Xocalı soyqırımının tanınması, bu dəhşətli cinayəti törədənlərin ədalət qarşısında cavab verməsi, Azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar. Millət vəkili Azərbaycan bölgələri ilə Çadır Lunqa arasında əməkdaşlığın genişlənməsi ilə bağlı böyük potensial olduğuna dair bölgıə rəhbərinin fikirləri ilə razılaşaraq əməkdaşlığın getdikcə genişlənəcəyinə inandığını deyib. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Çadır Lunqa bölgəsinin rəhbəri Sergey Mixayloviç Buzadjiyə “Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi tərəfindən hazırlanan və ermənilərin tarix boyu azərbaycanlılara qarşı törətdiyi soyqırımları özündə əks etdirən “Azərbaycan həqiqətləri” filmlər kataloqunu, Azərbaycan həqiqətlərinə, Qarabağ problemi və Xocalı soyqırımıza dair kitablar, filmlər, materiallar və eyni zamanda Azərbaycan mədəniyyətinə dair materiallar da təqdim edib və Azərbaycana dəvət edib.

Azərbaycanı çox sevdiyini deyən Sergey Mixayloviç Buzadji dəvəti məmuniyyətlə qəbul edərək Azərbaycanı yaxından görməkdən məmun olacağını bildirib. Millət vəkili Q.Paşayeva Çadır Lunqa bölgəsinə səfəri çərçivəsində icrimaiyyət nümayəndələri və KİV nümayəndələri ilə görüşüb və Azərbaycan, Qarabağ həqiqətləri ilə bağlı geniş məlumatlar,müsahibələr verib. O, həmçinin bölgədəki tarixi, arxeoloji, mədəniyyət muzeylərini ziyarət edib, muzeylərə Azərbaycan tarixi, mədəniyyəti ilə bağlı materiallar təqdim edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm