Qırmızı.az
Müstəqillik Günü Rumınyada qeyd edilib
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Rumıniya nümayəndəliyinin təşkilatçılığı ilə 18 oktyabr-Dövlət Müstəqillik Günü qeyd olunub.
Tədbirdə nümayəndəliyin və Azərbaycanın Rumıniyadakı səfirliyinin əməkdaşları, Rumıniya – Azərbaycan parlamentlərarası işçi qrupunun, Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyasının üzvləri, bu ölkədəki Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər.
ARDNŞ-in Rumıniya nümayəndəliyinin direktoru Həmzə Kərimov Müstəqillik Gününün tarixi barədə iştirakçılara məlumat verib, Azərbaycanın müasir inkişafından və gələcək perspektivlərindən danışıb.
Rumıniya – Azərbaycan parlamentlərarası işçi qrupunun sədri Yulian Yanku Azərbaycan xalqına bayram təbriklərini çatdırıb, ölkələrimizin müstəqillik uğrunda keçdiyi yolun oxşar cəhətlərini qeyd edib. Rumıniyanın Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkə olduğunu xatırladıb. Azərbaycanın Rumıniyadakı səfirliyinin müşaviri İrfan Davudov Müstəqillik Gününü tarixi və xalqımız üçün əhəmiyyətindən danışıb.
Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyasının sədri İqbal Hacıyev Azərbaycanın bütün sahələrdəki güclü inkişafından söz açıb. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş daxili və xarici siyasətin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi islahatların uğurlu nəticələrindən danışıb.
İ.Hacıyev tədbirin yüksək səviyyədə təşkilinə görə Rumıniyadakı Azərbaycan diasporu adından ARDNŞ-ə təşəkkür edib.
Tədbirin sonunda Dövlət Müstəqilliyi Günü barədə sənədli film nümayiş etdirilib.
-
Dünya06:28
Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək