Qırmızı.az
Nazir İsmayıllıda qəbul keçirəcək

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov oktyabrın 31-də saat 10:00-da İsmayıllı rayon Əhalinin Sosial Müdafiəsi mərkəzinin (ƏSMM) inzibati binasında bu rayonun və Göyçay, Şamaxı, Ağsu, Qobustan rayonlarının sakinlərini fərdi qaydada qəbul edəcək.
Bu barədə Publika.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Vətəndaşlar [email protected] elektron poçt ünvanı, (012) 596-44-07 (Nazirliyin Ümumi şöbəsi), (020) 285-12-94 (İsmayıllı rayon ƏSMM), (020) 274-12-21 (Göyçay rayon ƏSMM), (020) 265-33-13 (Şamaxı rayon ƏSMM), (020) 226-47-33 (Ağsu rayon ƏSMM), (020) 245-30-55 (Qobustan rayon ƏSMM) telefon nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.
Göyçay, Şamaxı, Ağsu, Qobustan rayonlarından qəbula yazılmış vətəndaşların həmin rayonların ƏSMM-lərinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla İsmayıllı rayonuna aparılıb-gətirilmələri təmin ediləcəkdir.

-
ABŞ22:24
Rubio sülhdən DANIŞDI - “Gözləyirik ki, Bakı və İrəvan…”
-
Qoroskop21:12
Ayın 10-u bu bürcün həyatı dəyişəcək
-
Yaxın Şərq21:00
İran İsrailin bu strateji obyektlərini vurub - Təl-Əviv ilk dəfə TƏSDİQLƏDİ
-
İdman19:24
Dəhşətli faciənin ilk təfərrüatı - Futbolçu qardaşların yanaraq öldüyü qəza necə baş verib?
-
Dünya17:58
Dünyanın ən toxunulmaz əraziləri: Göydən də qorunur, üzərindən uçuş qadağandır - FOTOLAR
-
Rəsmi xronika17:05
İlham Əliyev 2 fərman imzaladı
-
Maraq dünyası16:07
Göydə üzən sərvət: ABŞ arxasınca raket göndərdi - Bu tarixdə çatacaq
-
Sosial14:53
Əli Əsədov yeni qərar imzaladı