Qırmızı.az
“Xəzər”in keçmiş aparıcısı işlə təmin olundu – ÖZƏL
“Xəzər” televiziyasının xəbərlər proqramının və “Günə başlarkən” verilişinin keçmiş aparıcısı İqrar Eyvazov özünə daha bir iş yeri tapıb. Həmkarı Vüsalə Şahvəliqızı ilə Radio Space 104FM-də yayımlanan “Xeyirli olsun” proqramını aparan Eyvazova “İnteraz” internet televiziyasındakı “Xeyirli sabahlar” proqramı həvalə olunub. Bu barədə Publika.az-a açıqlama verən aparıcı bildirib ki. Hazırda hər iki iş yerində işləyir və heç bir problem yoxdur:
“Radio Space-də canlı efirdir, burada isə videoyazıdır. Amma yəqin ki, yaxın vaxtlarda “Xeyirli sabahlar” da canlı yayımlanacaq. Bu verilişi mənimlə “Xəzər” televiziyasında birgə çalışmış Günel İsmayılqızı ilə birgə aparacağıq”.
Əməkdaşımızın “Əyləncə xarakterli səhər verilişini aparmaq xəbər
aparıcısı üçün çətin olmayacaq ki” sualına Eyvazov belə cavab
verib:
“Xəzər”də “Günə başlarkən” adlı səhər verilişinin də aparıcısı olmuşam. Təvazökarlıqdan uzaq olsa da deyim ki, Azərbaycanda belə aparıcılar çox deyil. Həm xəbər, həm də şou xarakterli verilişi aparmaq hər aparıcının işi deyil. Amma mən “Günə başlarkən”də işlədiyimə görə hər iki istiqamətdə yetişdim”.
İ.Eyvazov “Xəzər”dən ayrılmağının səbəblərinə də aydınlıq gətirib:
“Oradan ayrılmağımın konrket səbəbi yoxdur. İndi də həm rəhbərliklə, həm əməkdaşlarla yaxşı münasibətlərim var. Sadəcə, işdən uzaqlaşıb, bir az istirahət etmək istədim”.
İntiqam VALEHOĞLU
-
Sosial19:48
Azərbaycanda faciəli şəkildə ölən prokurorun FOTOSU
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmanı polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO
-
MDB16:43
Zelenskiyə qarşı terror planlaşdıran şəbəkə ifşa edildi: Daha kimləri öldürmək istəyiblər?