Qırmızı.az
"Yeni Müsavat" 25 yaşını qeyd edir
"Yeni Müsavat” qəzetinin nəşrə başlamasından 25 il ötür.
Publika.az-ın məlumatına görə, qəzet 1989-cu il noyabrın 7-də
“Azərbaycan Milli Demokrat - Yeni Müsavat Partiyası”nın mətbu
orqanı kimi yaradılıb. Qəzetin qurucusu indiki baş redaktor Rauf
Arifoğludur. Qəzetin ilk sayı 1989-cu il noyabrın 10-da dərc
olunub. Qəzet 1989-1991-ci illər ərzində “samizdat” üsulu ilə
çıxıb, əsasən Gəncədə və Bakıda yayılıb.
1993-cü ilin mart ayından qəzetin təsisçiliyini Müsavat
Partiyasının başqanı İsa Qəmbər öz üzərinə götürüb. 2009-cu il
noyabrın 8-də İ.Qəmbər qəzetin 20 illik yubileyində təsisçiliyi
R.Arifoğluna təhvil verib.
R.Arifoğlu bununla bağlı təsisçisi olduğu qəzetə müsahibəsində deyib: "22 yaşında Milli Azadlıq Hərəkatına qoşulmuşdum. Prosesin gedişində hərəkat partiyalaşma mərhələsinə qədəm qoydu. Azərbaycan Mili Demokrat - Yeni Müsavat Partiyası yaratdıq. Partiyaya yayım orqanı, yayım orqanına da baş redaktor lazım oldu. “Yeni Müsavat”la bir-birimizə qoşulub, bir-birimizi yaratdıq. 1989-cu ilin oktyabrında “Yeni Müsavat” partiyası elan olundu. Bir yayın orqanının qurulması da həmin dövrə təsadüf etdi. Amma yığılıb çap olunması, satışa çıxarılması bir xeyli vaxt aldı. Ona görə də 10 noyabr tarixli, Azadlıq meydanındakı mitinqə çatdıraq, deyə çalışdıq və çatdırdıq. Həmin mitinqdə “Yeni Müsavat” qəzetinin 10 mindən çox ilk nömrəsi satıldı".
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı