Qırmızı.az
Kürdəmir avtomobil yolunun tikintisi zamanı dövlətə ziyan vurulub
Hesablama Palatası dövlət büdcəsindən bir sıra sahələr üzrə ayrılan vəsaitin düzgün xərclənməməsi və dövlətə vurulan ziyanla bağlı Baş Prokurorluğa müraciət edib.
Publika.az-ın məlumatına görə, Kürdəmir rayonunda “Mollakənd-Axtarçı-Öyləqulu avtomobil yolunun tikintisi” obyekti üzrə yerinə yetirilməmiş işlər üzrə ödənişlərin edilməsi, görülən işlərin yarasızlığı və bu kimi digər maliyyə pozuntusu hallarına, nöqsan və çatışmazlıqlara yol verməklə dövlətə külli miqdarda ziyan vurulması ilə bağlı məlumatlar Baş Prokurorluğa göndərilib
Hesablama Palatasının 2014-cü il noyabr ayının 14-də keçirilən
Kollegiya iclasında dövlət büdcəsinin “Mənzil və kommunal
təsərrüfatı” bölməsindən, dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat
fondlarından Ağsu rayon İcra Hakimiyyətinə sosial infrastruktur
layihələrinin maliyyələşdirilməsinə, dövlət büdcəsinin dövlət
əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından 2011- 2013-cü
illər və 2014-cü ilin birinci yarımili üzrə Kürdəmir Rayon İcra
Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsi, dövlət büdcəsindən
Bakı şəhər İcra Hakimiyyətinin Məktəbəqədər təhsil müəssisələri və
Uşaq evləri İdarəsi üzrə ayrılan vəsaitlərin və büdcədənkənar
daxilolmaların, həmçinin dövlət büdcəsindən Azərbaycan Respublikası
Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə ayrılan
vəsaitlərin və büdcədənkənar vəsaitlərin istifadəsi üzrə audit
tədbirlərinin nəticələri barədə Hesabat və Rəylər geniş müzakirə
olunaraq müvafiq qərarlar qəbul edilib.
Qeyd edilmiş nəzarət tədbirləri üzrə müvafiq zəruri tədbirlərin
görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların
verilməsi üçün Kollegiya Qərarının aidiyyəti dövlət qurumlarına
göndərilməsi və audit tədbirinin nəticələri barədə məlumatın
Azərbaycan Respublikası Milli Məclisinə təqdim olunması qərara
alınıb.
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
-
Nəqliyyat08:00
Bu yolda sürət həddi bərpa edildi - YENİLƏNDİ
-
Hadisə07:39
Siqaret çəkərkən saçları alovlanan qadın öldü - FOTO
-
Sağlamlıq07:10
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var - Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
-
Dünya06:28
Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?