Qırmızı.az
Ay uzunsaç, qaragöz… zəhərli kuklam mənim-ARAŞDIRMA
Uzun illərdir ki, satışda olan bir çox oyuncaqların uşaqların səhhətinə zərərli olduğu haqqında mətbuatda həyəcan təbili çalınsa da, nə aidiyyatı dövlət orqanları bir tədbir görür, nə istehlakçılar onları almaqdan çəkinir, nə də öz biznes maraqları naminə bütün növ təhlükəli zir-zibili daşıyıb ölkəyə gətirən fırıldaqcı kommersantlar öz əməllərindən əl çəkir.
“Ucuz oyuncaq bizə çox baha başa gəldi”
Bu araşdırmanın hazırlanmasına səbəb olan bir hadisəni burada qeyd
edərək yazıya başlamağı düşündük. Bu sətirlərin müəllifinin yaxın
qohumlarından olan Arzu adlı bir gənc xanımın uşaqlarına həmişə
mümkün qədər ucuz oyuncaq almağa çalışması və heç bir halda
məhsulun tərkibi, sertifikatı ilə maraqlanmaması ona və uşaqlarına
baha başa gəlib. Yaxşısı budur, öz dilindən verək:
- Metro keçidlərində oyuncaqları tökürlər ayaq altına, uşaqla
keçəndə yapışır ki, bunu istəyirəm. Almasan da olmur. Keçən ay
“Xalqlar Dostluğu” metrostansiyasının keçidindən 2 ucuz oyuncaq
almışdım - biri 1 manatlıq kukla idi, o biri də 50 qəpiklik maşın.
Elə səhərisi günü gördüm ki, uşaqların dərisi səpib, qızarıb.
Getdikcə artırdı, əl vuranda elə ağlayırdılar ki... Apardım həkimə,
baxıb dedi ki, allergiya səpgisidir, yəqin oyuncaqdan keçib. Nə
isə, 1 aydır ki, müalicə etdirirəm, nə qədər xərcim çıxıb, amma
uşağın bədənində ləkələr qalıb hələ də. Yaxşı qurtardıq. Həkim
deyir ki, bəzi Çin oyuncaqlarının trkibində olan maddələr dəri
xərçəngi yaradır. İndən sonra, oyuncaq alanda gərək fikir verəm
materialına.
Ucuz və keyfiyyətsiz oyuncaqları imkansızlar alır, imkanlılar
isə...
Yazını hazırlamamışdan əvvəl bəzi oyuncaq satışı məntəqələrinə baş
çəkdik. “Neftçilər” metrostansiyasının keçidində oyuncaq satan
yaşlı kişi ilə söhbətimiz maraqlı oldu.
- Sizə oyuncaqları hardan gətirirlər?
- Çinlə ticarət quran adamlardan alırıq.
- Bəs başqa ölkələrin oyuncaqları necə?
- Ölkədəki malın 99 faizi Çinindir. Bir az Rusiya malları var,
onlar da bahalıdır, çünki keyfiyyəti yüksəkdir, həm də daha çox
mürəkkəb oyunlar və konstruksiyalardır. Bəzi oyuncaqlara isə,
yalandan deyirlər Turkiyə, Dubay istehsalıdır, sadəcə, üstünə marka
vururlar.
Daha sonra, Bakı Dəmiryol Vağzalının ətrafındakı mağazalara baş
çəkdk. Qiyməti 10 qəpikdən başlayan Çin malları ilə dolu idi
hamısı. Düzdür, Rusiyadan gətirilən oyuncaqlar da satışda var, amma
bunlar çox çüzi faiz təşkil edir.
Stansiyanın 1-ci platformasından şəhərə çıxışda yerləşən dükanlarda
qiymətlər başqa yerlərdən azı 2 dəfə aşağıdır. Burada Rusiya
istehsalı olan keyfiyyətli oyuncaqlar da var, lakin qiymətləri
çinli analoqlarına nisbətən 2-3 dəfə bahadır. Satıcı dedi ki,
bunlar keyfiyyətli maldır:
“Çin oyuncaqları birdəfəlikdir, amma rus malı xarab olan, sınan
deyil, materialı da keyfiyyətlidir. Ona görə də, imkanı olanlar
belə mal alırlar”.
Satıcının fikrincə, əslində, ucuz mal alan uduzur:
“Bax, qardaş, biri var 3 manatdan oyuncaq alasan, 3 günə xarab ola,
birini də alasan, sonra birini də, 9 manat xərcin çıxacaq. Biri də
var ki, 5-6 manata keyfiyyətlisini alırsan, neçə il gedir. Görürəm,
bu işdən başı çıxan adama oxşayırsan, bir özün fərqlərinə bax.
Almanların yaxşı sözü var, mən o qədər varlı deyiləm ki, ucuz mal
alım”.
Qanunala uşaq oyuncaqlarının keyfiyyət sertifikatı olmaldır,
amma...
Sovet dövründə oyuncaqlar və uşaq ləvazimatları əsasən, ölkə
daxilində istehsal olunurdu. Kiçik bir qismi isə xaricdən idxal
olunurdu ki, onların da tərkibi və keyfiyyəti ciddi
yoxlanılırdı.
SSRİ-nin dağılması ilə əksər zavod-fabriklər kimi, Bakı Oyuncaq
Fabrikinin də sıradan çıxmasından sonra bizim işbazlar Çin, BƏƏ,
İran, Türkiyə və s. ölkələrin ən aşağı keyfiyyətli, bir çox
hallarda isə kustar şəraitdə hazırlanmış təhlükəli məhsullarını
ucuz qiymətə alaraq ölkəyə gətirməyə başladılar.
Bu biznesin ən münbit bazarlarından biri də, idxal olunan bu tip
məhsulların ciddi yoxlamadan keçirilmədiyi Azərbaycandır. Düzdür,
Dövlət Karantin Müfəttişliyi toksikoloji və kimyəvi tərkibli uşaq
oyuncaqlarının ölkəyə gətirilməsinə qadağa qoyub. Amma təəssüf ki,
bunun da faydası olmayıb, yenə köhnə hamam, köhnə tasdır.
Qeyd edək ki, Nazirlər Kabinetinin 1 iyul 1993-sü il tarixdə
çıxardığı 343 saylı qərarına əsasən uşaq oyuncaqları
sertifikasiyadan keçməsi vacib olan məhsullar və xidmətlər
siyahısına daxildir. Bazara daxil olmazdan öncə bu məhsullara
keyfiyyət sertifikatı verilməlidir. Lakin, bir neçə mağazaya baş
çəkmək kifayətdir ki, setifikat söhbətinin utopiya olduğunu
anlayasan.
Eksertlər: “Maya dəyərindən ucuz oyuncaqlar ciddi problemlər
yaradır”
Dermatoloq Kamal Bayramovun sözlərinə görə, Çindən ixrac olunan
bəzi uşaq oyuncaqları müxtəlif xəstəliklərin yaranmasına səbəb ola
bilər:
“Xüsusilə şit rəngli oyuncaqların və paltarlı gəlinciklərin
təhlükəli kimyəvi tullantılardan hazırlanması ehtimalı çoxdur. Bu
səbəbdən valideynlər ehtiyatlı olmalı, keyfiyyətsiz oyuncaqları
körpələri üçün almamalıdırlar”.
Mütəxəssis deyir ki, uşaq bədəni həssasdır, onun dərisi kimyəvi
materiallara tez reaksiya verir. İndi oyuncaqların çoxu kimya
sənayesinin tullantılarından hzırlandığına görə, tez-tez uşaqlarda
dəri xəstəlikləri yaranır. Ona görə də çalışmaq lıazımdır ki, təbii
materialdan olan oyuncaqlar alınsın”.
Pediatr Ülviyyə Hacıyeva Çində istehsal olunan oyuncaqların
sağlamlıq üçün təhlükəli olmasından həyəcanla danışır:
“Belə oyuncaqlar dəridə səpkilər yaradır, mədə-bağırsaq
funksiyasının pozulması ilə nəticələnir. Etiraf edək ki,
valideynlər çox vaxt bunun mahiyyətinə varmır, uşağın səpməsinin və
xəstələnməsinin səbəbini qidasında və başqa yerdə axtarırlar.
Üstəlik, həkimə müraciət etməyi də lazım bilmirlər. Müraciət
edənlər isə uşağın səhhətində yaranmış problemlərdən çox həkimin
yazdığı dərmanların ucuz və ya bahalı olmağından narahat olurlar.
Bu da valideynlərin bu sahədə az bilik və məlumata malik olmağının
nəticəsidir”.
Tərkibində psixotrop maddələr aşkarlanıb
Mövcud vəziyyətlə inkişaf etmiş ölkələrdə çoxdan mübarizəyə
başlanıb. Rusiya, ABŞ, Avropa Birliyi Çindən idxal olunan bir sıra
oyuncaqları bazardan yığışdırıb. Bu oyuncaqlarda uşağın huşunu
itirməsinə səbəb olan psixotrop maddələr aşkarlanıb. Məsələn,
populyar Milad oyuncağının tərkibində qamma-hidroksitbutirat (GHB)
narkotik maddəsinə asanlıqla çevrilə bilən xüsusi kimyəvi birləşmə
aşkarlanıb. Bu maddələr uşaqlarda ürəkbulanma və huşitirməyə səbəb
olub.
Aparılan araşdırmalar zamanı aydınlaşıb ki, Çin oyuncaqlarının
istehsalında istifadə olunan zəhərli maddələr sonsuzluğa, xərçəngə
səbəb olur, dəri xəstəlikləri və leykoz riskini artırır. Çin
hökuməti bu hallara qarşı mübarizəni gücləndirib və yüzlərlə yerli
fabrikə oyuncaq ixrac etməyi qadağan edib.
Problem təkcə Çin mallarında deyil. Bizim işbazlar müxtəlif
ölkələrdəki kustar sexlərin zərərli materiallardan hazırladıqları
məhsulları ucuzdur deyə, alıb gətirirlər. Ölkəmizdə sertifikata
malik olmayan, mənşəyi naməlum oyuncaqlar kütləvi satışdadır.
Uşaqlar isə böyüklərin onları sağlam böyüdəcəyinə uşaq sadəlövhlüyü
ilə inanaraq oynayırlar- valideynlərinin aldıqları zəhərli
oyuncaqlar ilə...
Elçin Bayramlı
Publika.Az
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."