Qırmızı.az
İŞİD-ə qoşulmaq istəyən ailənin kimliyi bilindi - konsulumuzdan açıqlama
Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov Türkiyədən Suriyaya keçmək istəyərkən saxlanılan Azərbaycan vətəndaşları haqda danışıb.
Baş konsul Publika.az-a açıqlamasında
saxlanılanların hazırda Türkiyə polisində olduğunu bildirib:
“Konsulluq əməkdaşlarının onlarla görüşməsinə ehtiyac görmədik.
Türkiyə polisinin bizə verdiyi məlumata görə, Azərbaycan
vətəndaşları üzərində sorğu aparılır. Sorğu başa çatandan sonra
İstanbul üzərindən Azərbaycana deportasiya olunacaqlar”.
H. Zeynalov azərbaycanlıların Türkiyə vasitəsilə Suriyaya keçməsi hallarının mütəmadi olduğunu deyib.
“Belə hallarla zaman-zaman rastlaşırıq. Adətən, bu məsələləri
işgüzar səviyyədə əlaqədar qurumlarla həll edirik və bunun
qarşısını almağa çalışırıq. Türkiyə dövləti də bu məsələyə ciddi
yanaşır. Onların əksəriyyətini sərhəddə tutub geri qaytarır”, -
deyə o bildirib.
Qeyd edək ki, Türkiyə sərhədindən Suriyaya keçərkən saxlanılan
azərbaycanlıların kimliyi bəlli olub. Onlar 1991-ci il təvəllüdlü
Paşayeva Simnarə Simral qızı, onun qızı, 2014-cü il təvəllüdlü (10
aylıq) Paşayeva Məryəm Araz qızı, 1996-cı il təvəllüdlü Musayeva
Aynur Vahid qızı və 1990-cı il təvəllüdlü Əlimətov Abdul Azad
oğludur.
Məlumata görə, azyaşlı uşağı ilə birlikdə Suriyaya getmək istəyən S. Paşayevanın əri Araz hazırda İŞİD silahlı qruplaşmasının tərkibində vuruşur.
Asif Nərimanlı
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
-
Nəqliyyat08:00
Bu yolda sürət həddi bərpa edildi - YENİLƏNDİ
-
Hadisə07:39
Siqaret çəkərkən saçları alovlanan qadın öldü - FOTO
-
Sağlamlıq07:10
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var - - Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
-
Dünya06:28
Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...