Qırmızı.az
Mikayıl Cabbarov: "Әsas məqsəd Azərbaycanın ali təhsil sistemini inkişaf etdirməkdir"
Әsas məqsəd Azərbaycanın ali təhsil sistemini təkmilləşdirmək və aparıcı dünya standartlarına çatdırmaqdır. Son illər bu istiqamətdə xeyli işlər görülüb". Trend-in məlumatına görə, bunu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin təhsil nazirlərinin üçüncü görüşündə çıxış edən Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, ötən il ölkə Prezidenti tərəfindən təsdiq
olunan "Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Startegiyası"nın
əsas hədəfi ölkəmizin müasirləşməsi üçün zəruri olan insan
kapitalını inkişaf etdirmək və bununla Azərbaycanın beynəxalq
rəqabət davamlılığını qorumaqdan ibarətdir.
Nazir qeyd edib ki, beynəlxalq təşkilat kimi təşəkkül tapmış
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası üzv ölkələr arasında
çoxtərəfli sahələrdə çoxsaylı dialoq və əməkdaşlığın formalaşması
istiqamətində uğurlu addımlar atır: "Әminəm ki, xalqlar arasında
olan din, dil və mədəniyyət bağlılığı burada aparıcı rol oynayıb və
əməkdaşlığın bundan sonra daha da yüksəlməsinə öz töhfəsini
verəcək. Ölkələr arasında əlaqələrin möhkəmləndirilməsini son
dövrdə dünyada, o cümlədən bizim yerləşdiyimiz bölgədə və onun
ətrafında baş verən qlobal münaqişələr, böhranlar təhdid edir.
Siyasi qeyri-sabitlik və sosial-iqtisadi tənəzzül bu böhranların
yeni təhlükələrinin formalaşması üçün zəmin yaradır. Bu baxımdan
müstəqilliyin qorunub saxlanması, sosial davamlı iqtisadiyyatın
təmin olunması üçün təhsilin əhatəliliyi, keyfiyyətinin
artırılması, gələcək nəsillərin əsl vətəndaş ruhunda tərbiyə
edilməsi xüsusi əhəmiyyət daşıyır. Bu məqsədlə Azərbaycan
Prezidenti İlham Əliyev təhsilin inkişafına diqqət ayırır və bu
istiqamətdə əsaslı islahatların həyata keçirilməsinə dəstək
verir".
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO