Azərbaycan vətəndaşları il ərzində e-imza sahibi olacaqlar
Bizi izləyin

Qırmızı.az

Azərbaycan vətəndaşları il ərzində e-imza sahibi olacaqlar

Azərbaycanın bütün əhalisi gələn il ərzində elektron-rəqəmsal imza (ERİ) sahibi olacaqlar.

rend-in məlumatına görə, bunu bazar ertəsi rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə XX "Bakutel-2014" sərgi-konfransı ərəfəsində keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu, ERİ-nin yeni nəsil şəxsiyyət vəsiqələrinə inteqrasiyası sayəsində mümkün olacaq.

E.Vəlizadə qeyd edib ki, bir il ərzində Azərbaycanda ERİ sahiblərinin sayı təqribən 10 dəfə artıb. Hazırda ölkədə verilən ERİ-lərin ümumi sayı təqribən 90 minə çatır.

Nazir müavini əlavə edib ki, bundan başqa, nazirlik əhalinin aztəminatlı təbəqələrinə ERİ-lərin pulsuz verilməsi məsələsini nəzərdən keçirir.

Qeyd edək ki, e-imza vətəndaşlar üçün 18 manat, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər üçün müvafiq olaraq 36 və 72 manat, dövlət qurumlarının əməkdaşları üçün isə 80 manat təşkil edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm