Qırmızı.az
Rusiya gömrükçüləri 300 kiloqrama yaxın nərə balığı müsadirə etdi
Dağıstanda gömrükçülər Rusiya-Azərbaycan sərhədində nərə cinsindən olan iri həcmdə balıq partiyasını aşkar ediblər.
Trend xəbər verir ki, bu barədə RİA “Dağıstan” respublika gömrüyünün mətbuat xidmətinə istinadən məlumat verib.
Cinayətkarın saxlanması üzrə əməliyyatı Dağıstan gömrüyünün
Qaçaqmalçılığın Xüsusi Təhlükəli Növləri ilə Mübarizə şöbəsinin və
Kinoloji Xidmətin əməkdaşları birgə həyata keçiriblər.
Məlumatda deyilir: “Məhərrəmkənd gömrük postunda Rusiya
Federasiyasından Azərbaycan Respublikasına gələn RF vətəndaşının
idarə etdiyi “Mersedes-Vito” markalı avtomobildə gömrük yoxlaması
keçirilərkən avtomobilin salonunda dondurulmuş balıq aşkar edilib.
Malın ümumi çəkisi 298,44 kiloqram olub”.
Qanunsuz daşınan balıq müsadirə edilib və ekspertizaya göndərilib.
Onun nəticələrinə görə, cinayət işinin qaldırılması məsələsi həll
olunacaq.
-
Sosial19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO
-
Magazin118:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO
-
Dünya17:55
Bu ölkənin bayrağı ilə "Avroviziya"ya giriş qadağan edildi
-
Avropa17:12
Gürcüstana xəbərdarlıq edildi: Qəbuledilməzdir!
-
Sosial16:23
Parlament seçkiləri önə çəkilə bilər - Məzahir Pənahov
-
Nida Xəbər 15:48
Xəritə yayıldı: ermənilərin zəbt etdiyi bu ərazilər Azərbaycana təhvil verilir - VİDEO
-
Magazin115:26
Tələbələrimin hamısı yuxarıdan tapşırılır - VİDEO