Qırmızı.az
Azərbaycandan gizli yolla 150000 dollar çıxarmaq istədilər - FOTO
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən J2 077 saylı Bakı-İstanbul aviareysi ilə getmək istəyən Azərbaycan Respublikası vətəndaşı Rüstəmov Rasim Ağabalaoğlu hərəkətləri şübhə doğurduğu üçün saxlanılıb, müvafiq qanunvericiliyə uyğun olaraq ona məxsus baqaja gömrük baxışı keçirilmiş və üzərində şəxsi yoxlama aparılıb.
Dövlət Gömrük Xidmətinin mətbuat ximətindən
Publika.az-a verilən məlumata görə, gömrük baxışı
zamanı R.Rüstəmova məxsus qara rəngli çamadanın içərisindəki şəxsi
əşyaların arasından 6 ədəd bağlamada gömrük sərhədini keçərkən
bəyan etmədiyi 140 000, üzərindən isə 10000, ümumilikdə 150000 ABŞ
dolları aşkar edilib.
Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda isə Gürcüstan
Respublikasından ölkəmizə gələn Azərbaycan Respublikasının
vətəndaşı Tomaev Şahin Əhməd oğlunun idarə etdiyi “Renault”
markalı, 90JZ606/10ZH735 dövlət qeydiyyat nişanlı yük avtomobilinə
gömrük nəzarəti həyata keçirilib.
Baxış zamanı nəqliyyat vasitəsinin salonunda yataq yerinin altında
olan yeşikdən “Desmopressin” adlı 298 flakon dərman preparatları
gömrük nəzarətinə bəyan olunmamış şəkildə aşkar edilərək
saxlanılıb.
Hər iki faktla bağlı Azərbaycan Respublikası Dövlət Gömrük
Komitəsinin İstintaq İdarəsində təhqiqat aparılır.
-
Magazin120:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi