Qırmızı.az
Publika.az-ın xəbəri təsdiqləndi: Azərbaycandan Suriyaya döyüşçü göndərən şəxs həbs olundu
Xaçmaz rayonunda radikal dinin qruplaşma üzvlərinin saxlanılması istiqamətində əməliyyat keçirilib.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, əməliyyat
Xaçmaz rayon polis şöbəsi əməkdaşları tərəfindən təşkil olunub.
Əməliyyat zamanı Nizami Seyidov adlı şəxsin saxlanıldığı
bildirilib. Onun keçmiş polis işçisi olduğu vurğulanıb. Bildirilib
ki, Nizami Seyidov Bakının Yasamal rayonunda pasport-qeydiyyat
şöbəsinin rəisi vəzifəsində çalışıb.
Xatırladaq ki, Publika.az bu həbs barədə özəl məlumatlar əldə etmişdi. Belə ki, hüquq-mühafizə orqanlarından əldə etdiyimiz məlumata görə, dünən gecə keçirilən əməliyyat nəticəsində xəvaric qruplaşmasının aktiv üzvlərindən olan Nizami Seyidov həbs olunub. İlkin məlumata görə, ondan silah-sursat da aşkar olunaraq götürülüb.
Məlumata görə, N. Seyidov keçmiş polis mayorudur. Hazırda təqaüddədir. Bir neçə il öncə sələfi cərəyanına qoşulub. Daha sonra sələfilərin radikal qolu olan xəvaric qruplaşmasına daxil olub. Onun bölgədə gəncləri Suriyaya döyüşə getməyə təhrik etdiyi haqda məlumatlar var.
Asif Nərimanlı
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı