Qırmızı.az
Diqqət - Bəzi sərnişin qatarlarının hərəkəti müvəqqəti dayandırıldı
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamenti sərnişinlərin nəzərinə çatdırır ki, 16 dekabr 2014-cü ildən Şimal istiqamətdə hərəkət edən,"Rusiya Dəmir Yolları" ASC-yə məxsus bəzi sərnişin qatarlarının hərəkəti müvəqqəti olaraq dayandırılır.
Bu barədə Publika.az-a QSC-nin mətbuat xidmətindən bildirilib.
"Rusiya Dəmir Yolları" ASC-nin məlumatına əsasən, 16.12.14-cü ildən
etibarən Rusiya dəmir yollarına məxsus 392/391 №-li Rostov-Bakı,
18.12.2014-cü ildən etibarən 374/373 №-li Tümen-Bakı, 20.12.2014-cü
ildən etibarən isə 96/95 №-li Moskva-Bakı sərnişin qatarlarının
hərəkəti iqtisadi cəhətdən səmərəli olmadığına görə
dayandırılır.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin
daşımaları Departamenti sərnişinlərin nəzərinə çatdırır ki,
Tümen-Bakı sərnişin qatarının əvəzinə 14.12.2014-cü ildən etibarən,
373-/374 №-li Tümen-Mahaçqala qatarı təyin olunacaq. Həmin qatara
və Rusiya və MDB Dəmir Yolları ərazisində hərəkət edən digər
sərnişin qatarlarına bilet satışı Bakı-sərnişin stansiyasının 2
№-li kassasından həyata keçiriləcək.
Sərnişinlərin nəzərinə o da çatdırılır ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus 55-56 saylı Bakı-Moskva sərnişin qatarı həftənin 4-cü günləri, Bakı-Xarkov sərnişin qatarı isə dörd gündən bir – cədvəl üzrə - hərəkətdə olacaq.
Gülnar
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı