Qırmızı.az
“Azərbaycanda QHT rəhbərləri partiya liderlərindən daha nüfuzludur“
ABŞ dövlət katibi Hillari Klintonun Azərbaycana səfərindən əvvəl onun siyasi partiya rəhbərləri ilə görüşəcəyi bildirilsə də görüş baş tutmayıb. Publika.Az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bunun günahını müxalifətin özündə gördüyünü deyib.
ABŞ dövlət katibi Azərbaycandan fərqli olaraq Gürcüstanda müxalifət partiyalarının təmsilçiləri ilə də görüşüb. Politoloq bunu iki ölkə müxalifətinin güc fərqi ilə izah edib:
"Gürcüstanda siyasi müxalifət partiyaları daha güclüdür və siyasətdə gerçək bir siyasi güc kimi çıxış edir. Azərbaycan müxalifət partiyaları özlərinin zəka qabiliyyətləri nəticəsində siyasətdə gerçək amil kimi çıxış etmirlər. Hillari Klinton cəmiyyətdəki proseslərə təsir imkanları zəif olan müxalifətlə görüşməyib".
ABŞ rəsmisinin səfərindən öncə, onun müxalifət partiyaları ilə görüşəcəyi ilə bağlı məlumatların gündəmə buraxılmasına gəlincə, Zərdüşt Əlizadə hesab edir ki, bu informasiyalar rəsmi olmayıb: "Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi və ya Dövlət Departamenti məlumat yaymamışdı".
Zərdüşt Əlizadə hesab edir ki, müxalifət partiyalarından fərqli olaraq Hillari Klintonun görüşdüyü qeyri-hökumət təşkilatları rəhbərləri daha nüfuzlu şəxslərdir.
Ömər Əmirov
Publika.Az
-
Sosial15:20
Əməkhaqqı ilə bağlı mühüm dəyişiklik - İyulun 1-dək...
-
Rəsmi xronika14:41
Prezident və birinci xanım Şuşada
-
Dünya14:12
Cəlal Şəngördən şok iddia: Türkiyə bu ölkə ilə birləşəcək
-
Dünya13:52
20 ildən sonra ilk dəfə xəbərdarlıq edildi - Bu gün başlayır, çox təhlükəlidir...
-
İqtisadi gündəm13:27
Türkiyə gündəmi silkələndi: Ərdoğanın vəzifədən azad etdiyi xanım qayıdır
-
Hadisə12:42
Azərbaycanda iki tələbə faciəli şəkildə öldü
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...
-
Ekologiya11:31
Bu ölkə böyük təhlükə ilə üz-üzədir: qarşısı alınmasa...