Qırmızı.az
“Heydər Əliyev və İranla daimi dostluğa əsaslanan baxış“ kitabı təqdim olunub
İran İslam İnqilabının 35-ci ildönümü münasibətilə Bakıda təşkil olunan rəsmi qəbulda bu ölkənin Azərbaycandakı səfiri Möhsün Pakayinin yazdığı "Heydər Əliyev və İranla daimi dostluğa əsaslanan baxış" kitabının təqdimatı keçirilib.
Publika.az-ın məlumatına görə, 112 səhifədən ibarət kitab "Xəzər Universiteti Nəşriyyatı" tərəfindən çap olunub. Kitabın redaktoru Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlıdır.
Kitabda səfir həm Heydər Əliyevə, həm də Azərbaycan-İran dostluq münasibətlərinə maraq və ehtiramını qeyd edir. Əsər H.Əliyevin sözləri və onların şərhləri üzərində qurulub, müəllif öz istək və fikirlərini H.Əliyevin ifadələri ilə əsaslandırmağa çalışıb.
M.Pakayin müəllifi olduğu kitabda Azərbaycan-İran münasibətlərini müxtəlif istiqamətlərdə təhlil edib, kütləvi informasiya vasitələri, İslami köklər, yardım, ticarət, neft və enerji, müştərək mədəni irslər, musiqi, ədəbiyyat, Qarabağ problemi kimi məsələləri İran-Azərbaycan dostluğu müstəvisində müzakirəyə çıxarıb.
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO