Qırmızı.az
Gəncədə narkotik əməliyyatı
Gəncə şəhər Kəpəz rayon polis şöbəsinin əməkdaşları üzərində silah və narkotik vasitə gəzdirən şəhər sakinini həbs ediblər. Saxlanılan 30 yaşlı Mətləb Adıgözəlovun yaşadığı yerdən saxta əskinaslar da aşkar edilib.
Publika.az-ın Kəpəz TV-yə istinadəGəncə şəhər sakini Mətləb Adıgözəlovun üzərinə baxış keçirən polislər onun üzərindən bir ədəd odlu silah olan revolver, 4 ədəd həmin silaha məxsus patron, bir ədəd giliz və 10 ədəd “Makar” markalı tapançaya məxsus patron aşkar ediblər. Bundan əlavə 1 qram narkotik vasitə olan heroin də aşkar edilib. İstintaq axtarış tədbirləri nəticəsində saxlanılan şəxsin müvəqqəti yaşadığı və işlədiyi Göygöl rayon Quşqara kəndində yerləşən restorana da baxış keçirilib. Bu zaman külli miqdarda saxta əskinas aşkar olunub.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar aparılır. Qeyd edək ki, saxlanılan Mətləb Adıgözəlov əvvəllər də məhkumluq həyatı yaşayıb və yarım ilə yaxındır ki, azadlığa çıxıb.
-
Sosial19:48
Azərbaycanda faciəvi şəkildə ölən prokurorun FOTOSU
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmanı polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO
-
MDB16:43
Zelenskiyə qarşı terror planlaşdıran şəbəkə ifşa edildi: Daha kimləri öldürmək istəyiblər?