Qırmızı.az
Sabirabadda 5 nəfərin öldüyü yanğının səbəbi - RƏSMİ (YENİLƏNİB) - VİDEO
Sabirabadda dəhşətli yanğında bir ailə yanıb ölüb.
Publika.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Sabirabad rayonu, Qaratuğay kəndində vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.
Yanğın zamanı 1967-ci il təvəllüdlü Rzayeva Nəzakət Hüseynağa qızı, 1991-ci il təvəllüdlü Rzayeva Lamiyə Mahir qızı, 2009-cu il təvəllüdlü Rzayeva Mənsumə Zabil qızı, 2012-ci il təvəllüdlü Rzayeva Yağmur Zabil qızı və 2013-cü il təvəllüdlü Rzayeva Gülay Zabil qızının cəsədləri yanğınsöndürənlər tərəfindən aşkar olunub.
Yanğın saat 08:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
***
Sabirabad Rayon Prokurorluğundan Publika.az-a verilən məlumata görə, hələlik yanğının səbəbləri bəlli deyil:
«Baş vermiş olayla bağlı istintaq gedir. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, eləcə də Məhkəmə Tibb Ekspertizasının işçiləri müvafiq araşdırma aparırlar. Yalnız onların verəcəyi rəydən sonra yanğının hansı səbəbdən baş verdiyini demək mümkün olacaq. İlkin versiyaya görə, yanğına səbəb qısaqapanma olub».
Sözügedən yanğının qəsdən törədilib-törədilməməsinə gəlincə, prokurorluqdan bildirdilər ki, bu versiya üzərində də lazımı işlər aparılır: «Bu da tərəfimizdən, eləcə də Fövqəladə Hallar Nazirliyinin və Məhkəmə Tibb Ekspertizasının əməkdaşları tərəfindən araşdırılır».
Vazeh
-
Dünya06:28
Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək