“Provayder şirkətlərə təklif veririk, təzyiq etmirik” - Mövqe
Bizi izləyin

Qırmızı.az

“Provayder şirkətlərə təklif veririk, təzyiq etmirik” - Mövqe

“İnternetin keyfiyyəti və qiyməti ilə bağlı suallarla provayder şirkətlərə müraciət etmək daha doğru olardı”. Bunu Publika.Az-a açıqlamasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Müşviq Əmirov bildirib.

Azərbaycanda provayderlər arasında interneti paylaşdıran “Delta Telecom” şirkəti qiymətlərdə 50 faiz endirim etdiyi haqqında açıqlama yaysa da, bu baş vermədi. “Qiymət endi-sürət artdı” prinsipi ilə hərəkət edən provayder şirkətlər bu dəfə də qiymətləri endirmədi. Lakin son günlər internetin keyfiyyət göstəricilərinin də aşağı olduğu, ciddi dəyişikliklər baş vermədiyi də söylənilənlər arasındadır.

Müşviq Əmirov qeyd edib ki, nazirlik bununla bağlı qəti və prinsipial mövqeyini ortaya qoyub: “Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi élan edib ki, Azərbaycanda internetin tarifləri enib. Bununla bağlı provayder şirkətlərə öz tövsiyələrini də verib. Nazirlik yanında müvafiq qurum provayder şirkətlərə nəzarəti həyata keçirir. Onlara təkliflər verir, amma təzyiq etmir. Əgər bu gün kimsə hesab edirsə ki, provayder şirkətlərin sürət artımı ilə bağlı siyasəti yanlışdır, o halda həmin şirkətlərə müraciət etsin. Provayder şirkətdən müsbət cavab almayacağı tədqirdə abonentlər nazirliyə də müraciət edə bilərlər. Nazirliyə daxil olan istənilən müraciət araşdırılır. Təbii, hər hansı abonent bizə müraciət edəcəksə, bu halda həmin provayder şirkətlə də məsələni araşdıra bilərik”.

Azər Niftiyev,

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm