Qırmızı.az
Holland yazıçısı Qarabağ qaçqınlarından kitab yazacaq - FOTO
Hollandiya Azərbaycan Evinin rəhbəri Elxan Mirhəşimli “Azərbaycan həqiqətlərinin Hollandiyada tanıdılması” layihəsi çərçivəsində Hollandiya Protestant kilsəsinin üzvü, missioner, yazıçı Japke de Krakerlə görüşüb.
Diaspor Jurnalistləri Birliyinin (DJB) mətbuat xidmətindən
Publika.az-a verilən məlumata görə, Hollandiya Azərbaycan Evinin
qonağı olan xanım Japke de Kraker təşkilatın yaradılması məqsədi və
fəaliyyəti ilə maraqlanıb.
E. Mirhəşimli qonağa Azərbaycan, Qarabağ münaqişəsi, 20 faiz torpaqlarımızın hələ də işğal altında olması, 1 milyon azərbaycanlı qaçqının öz evlərinə qayıda bilməməsindən danışıb.
Xanim Japke Azərbaycan haqqında onda az məlumat olduğunu, Azərbaycandan ermənilərin qovulması haqqında məlumatların yayıldığını bildirib.
“Mən də bu məlumatın yanlış olduğunu bildirdim və qeyd etdim ki,
bizim də təşkilatımızın Hollandiyada yaradılmasının səbəbi
Azərbaycan, eləcə də Qarabağ haqqında ictimaiyyəti geniş
məlumatlandırmaqdır. Çünki ermənilər bizim haqqımızda burada
həqiqətə uyğun olmayan fikirlər formalaşdırırlar”, - deyə
Mirhəşimli bildirib.
Qeyd edək ki, xanım Japke de Kraker əsasən müharibə bölgələrində
baş vermiş faciələrdə qaçqın düşmüş insanlar haqqında kitablar
yazır və bu kitabların satışından əldə olunan vəsaitlə bu insanlara
yardım edir.
E. Mirhəşimli xanım Japkedən Azərbaycan haqqında da kitab yazmasını
xahiş edib: “Mən soruşdum ki, Azərbaycan haqqında nədən kitab
yazmırsınız. Bizdə də qaçqınlar, müharibədən əziyyət çəkən insanlar
var. Xanım yazar Azərbaycan haqqında məlumatı yalnız bir tərəfli
olaraq ermənilərdən aldığını bildirdi. Xanım Japke de Kraker
Azərbaycan haqqında kitab yazmaq üçün ona yardımçı olmağımı xahiş
etdi. Beləliklə, mən Azərbaycan haqqında məlumatları ona
göndərəcəm. O, bu məlumatlar əsasında kitab yazıb holland
ictimaiyyətinə çatdıracağını dedi və ümumiyyətlə, bizimlə sıx
əməkdaşlıq edəcəyinə söz verdi”.
Sonda xanım Japke öz kitablarından Hollandiya Azərbaycan Evinə
hədiyyə edib. E.Mirhəşimli də millət vəkili Elxan Süleymanovun
ermənilərin Azərbaycana təcavüzü ilə bağlı ingiliscə kitabını
qonağa hədiyyə edib.
Xatırladaq ki, “Azərbaycan həqiqətlərinin Hollandiyada tanıdılması”
layihəsi Hollandiya Azərbaycan Evi və Diaspor Jurnalistləri Birliyi
tərəfindən birgə həyata keçirilir.
Asif Nərimanlı
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı