Qırmızı.az
Nazirlik gözdən əlilləri pulsuz müayinə etdirdi
Dekabrın 24-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Şamaxı rayonunda gözdən əlilliyi olan şəxslərin reabilitasiyası, habelə göz xəstəlikləri olan insanların əlilliyinin qarşısının alınması məqsədilə humanitar xarakterli aksiya təşkil edilib.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, həmin gün akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası Şamaxı rayonunda olaraq, bu rayonda, eləcə də İsmayıllı və Qobustan rayonunda yaşayan gözdən əlilliyi olan şəxslərə oftalmoloji xidmətlər göstərib.
Nazirliyin qeyd olunan rayonlar üzrə 19 saylı Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən əvvəlcədən qeydiyyatı aparılan, müalicə aparılmaqla reabilitasiyası mümkün olan, lakin maddi imkansızlıqdan tibbi əməliyyat etdirə bilməyən 30 nəfər gözdən əlil şəxs səyyar klinikada müvafiq oftalmoloji xidmətlərlə təmin ediliblər. Müasir diaqnostik və cərrahi avadanlıqlarla tam təmin edilmiş səyyar klinikada yüksək ixtisaslı və peşəkar həkim briqadası tərəfindən onlar ətraflı tibbi müayinə edilməklə, onlara müvafiq müalicə prosedurları tətbiq olunub. Ayrı-ayrı şəxslərin səyyar oftalmoloji klinikada cərrahi əməliyyatı həyata keçirilib.
Bununla yanaşı, göz xəstəlikləri olan və xəstəliyin ağırlaşdığı təqdirdə əlilliyə məruz qalma ehtimalı olan şəxslərin də müayinəsi aparılıb və onların müalicəsi üçün müvafiq oftalmoloji tədbirlər görülüb. Xidmətlə təmin olunan şəxslər və onların yaxınları bu humanist aksiyaya görə razılıqlarını bildiriblər, əlilliyi olan şəxslərin rifah halının yaxşılaşdırlmasına, habelə tibbi-sosial reabilitasiyasına göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
-
Sosial12:20
Yol hərəkəti qaydalarını pozanlar, dava-dalaş salanlar MÜHARİBƏYƏ GÖNDƏRİLƏCƏK
-
Sosial12:07
Əhməd Əhmədov cəzadan azad edildi - Video
-
Nida Xəbər 11:18
Azərbaycan Ermənistanı Haaqa Məhkəməsinə verdi - İki iddia qaldırılıb
-
Rəsmi xronika11:08
Prezident konfrans iştirakçılarına müraciət ünvanladı - Yeniləndi
-
Region10:30
Rusiya Əliyevlə Paşinyanın məşhur fotosu ilə bağlı bu addımı atdı - FOTO
-
MDB09:12
Putin qubernatorun kostyumu ilə niyə maraqlanıb?
-
Nəqliyyat08:46
Bu yollarda tıxac var - SİYAHI
-
Dünya08:34
İranda bu da oldu: 15 yaşlı qızların dünyaya uşaq gətirmələrinə İCAZƏ VERİLDİ