Qırmızı.az
"Heydər" məscidinə kim rəhbərlik edəcək?
Bakıda yeni açılan "Heydər" məscidinin axundu Qafqaz
Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Fuad Nurullayev
(Nurullah), imamı isə QMİ sədrinin birinci müavini müfti Hacı
Salman Musayevin (Əfəndi) olacağı gözlənilir.
Trend-in məlumatına görə, bununla bağlı Qafqaz Müsəlmanları
İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə məhz bu şəxslərin
məscidə rəhbərlik etməsini istəyib. Məscid tam fəaliyyətə
başladıqdan sonra isə bununla bağlı müvafir əmr veriləcək.
Əldə etdiyimiz məlumata görə, onların hər birinin ayrılıqda bir
neçə köməkçi axundu və imamları da olacaq.
Bundan əlavə, "Heydər" məscidində sünni və şiə məzhəbindən olan müsəlmanlar cümə günləri birgə şəkildə vəhdət namazları qılacaqlar.
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı