Qırmızı.az
Həbsxanada toy - Məhkumlar arvadları ilə neçə dəfə görüşə bilir?
Atalarımızdan evliliklə bağlı çox qədim və maraqlı deyimlər qalıb. Məsələn, deyirlər ərlə arvadın kəbini elə göydə kəsilir. Yaxud ərlə arvadın torpağı bir yerdən götürülür. Görünür, kəbini elə göydəcə kəsilən, torpaqları bir yerdən götürülən cütlüklərdən biri Bakıdakı həbsxanada ailə həyatı quran ömürlük məhkum Sergey Strelyayevlə Lyudmila Aleynikovadır.
Ailə həyatı quran bu cütlük Azərbaycanda bir ilkə imza atdılar.
Onlar Qobustan qəsəbəsində yerləşən həbsxanasında nikaha girdilər.
Həbsxanada baş tutan nikah mərasimi ömürlük həbs cəzası çəkənlər
arasında bir ilk olsa da, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin
məlumatına görə, məhkumlar arasında xeyli sayda nikah bağlayanlar
var.
Amma ötən il gerçəkləşən bu nikah mərasimi cəmiyyətdə birmənalı
qarşılanmadı. Cinayət törətmiş, 2 nəfəri qətlə yetirmiş məhkuma
belə bir mərasimin keçirilməsini alqışlayanlardan çox qınayanlar
oldu.
Buna baxmayaraq, hər iki tərəf onların bundan sonrakı ailə
həyatlarının necə və harada davam etdirəcəkləri ilə bağlı suallara
cavab axtarmağa başladı.
Modern.az saytı həmin suallara aydınlıq gətirməyə
çalışıb. Bu günə kimi neçə belə məhkuma nikah kəsildiyini öyrənməyə
çalışsaq da, azadlıqdan məhrum edilənlərin də sadə vətəndaş kimi
nikaha girdiyini və bu səbəbdən də belə bir statistikanın
aparılmadığını öyrəndik.
Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən
bildirilib ki, həbsxanada nikaha girən gənc ailəyə hər bir şərait
yaradılır. Məhkumlara cəzaçəkmə müəssisəsinin ərazisində dörd
saatadək qısamüddətli və bir gündən üç günədək uzunmüddətli
görüşlər verilir.
Qanunla nəzərdə tutulmuş qısamüddətli görüşlər qohumlarla və başqa
şəxslərlə cəzaçəkmə müəssisəsinin nümayəndəsinin iştirakı ilə
verilirsə, məhkumlara uzunmüddətli görüşlər birlikdə yaşamaq hüququ
ilə yaxın qohumlarla (arvadı, əri, valideynləri, babası, nənəsi,
övladları, övladlığa götürənləri və götürdükləri, nəvələri,
qardaşları və bacıları) verilir.
“Məhkumların xahişi ilə uzun müddətli görüşlər qısa müddətli
görüşlərlə əvəz edilə bilər. Onlara müsbət təsir göstərə biləcək
digər şəxslərlə görüş üçün cəzaçəkmə müəssisəsinin müdiriyyəti
tərəfindən şərait yaradılır. Ağır xəstəliyi ilə əlaqədar həyatı
üçün təhlükə yaranan məhkumun yaxın qohumlarına ona baş çəkmək üçün
cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən imkan
yaradılır”-deyə bildirilib.
Cəza növlərinə görə, görüş vaxtları dəyişir. Məhkumlar bütün
qaydalara riayət etdikdə onların əlavə görüşlər verilməsi də təmin
olunur. Məsələn, ağır cinayətlərə görə ilk dəfə məhkum olunmuşların
il ərzində qısa müddətli iyirmi dörd görüş və uzun müddətli üç
görüş almaq hüququna malikdirlər.
Məhkumlar cəzanın icrası qaydalarını pozmadıqda və əməyə vicdanla
yanaşdıqda, cəza müddətinin ən azı üçdə birini çəkdikdən sonra
onların saxlanılması şəraiti yaxşılaşdırıla bilər. Bu halda
məhkumlar əlavə olaraq il ərzində qısa müddətli on iki görüş və
uzun müddətli üç görüş almaq hüququna yiyələnirlər.
Ciddi rejimli cəzacəkmə müəssisələrində xüsusilə ağır cinayətlər
törətməyə görə ilk dəfə müəyyən müddətə azadlıqdan məhrum etmə
növündə cəzaya məhkum olunmuş şəxslər il ərzində qısa müddətli on
iki görüş və uzun müddətli iki görüş almaq hüququna malikdirlər.
Xüsusi rejimli cəzaçəkmə müəssisələrində isə bu görüşlərin sayı
azalaraq altı görüş və ikiyə düşür. Məhkumlar cəzanın icrası
qaydalarını pozmadıqda və əməyə vicdanla yanaşdıqda isə cəza
müddətinin ən azı yarısını çəkdikdən sonra onların saxlanılması
şəraiti yaxşılaşdırıla bilər.
Ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin saxlanılması şərtləri isə tamam fərqlidir. Belə ki, bu məhkumlar il ərzində qısa müddətli altı görüş və uzun müddətli iki görüş almaq hüququna malikdirlər.
Məhkumlar cəzanın icrası qaydalarını pozmadıqda və əməyə vicdanla yanaşdıqda, təyin olunmuş cəzadan ən azı on il keçdikdən sonra onların saxlanılması şəraiti yaxşılaşdırıla bilər. Bu halda məhkumlar əlavə olaraq ərzaq məhsulları və ən zəruri mallar əldə etmək üçün ayda iyirmi beş manatadək miqdarda pul xərcləyə bilərlər.
Görüşlər isə il ərzində qısa olaraq iki görüş və uzun müddətli bir görüş almaq hüququna malikdirlər.
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO