Qırmızı.az
Bayram tədbirində izdiham-35 ölü - FOTO
Yeni il gecəsi Çin və Taylandda yaşanan izdiham və qəzalar 93 nəfərin ölümü, yüzlərlə insanın yaralanmasına səbəb olub.
Publika.az-ın məlumatına görə, Çinin ən böyük şəhəri Şanxayda yeni il tədbirləri zamanı izdiham müşahidə edilib. İlkin məlumatlarda 35 nəfərin öldüyü, 42-nin yaralandığı bildirilib. Ölənlərin sayının artacağı ehtimal edilir.
Şəhər rəsmiləri izdihamın baş vermə səbəbini araşdırır. Şanxay polisi ölkənin “Tvitter”ə bənzəyən “Veibo” sosial şəbəkəsində “Bəzi insanlar yıxılıb” xəbərdarlığını edib, insanları hadisə yerini tərk etməyə çağırıb.
Çin mediasının məlumatına görə, Vaitan yaxınlığında bir binanın üçüncü mərtəbəsdindən bir nəfər dollara bənzəyən kuponlar atıb. Aşağıdakı insanlar həmin kuponları tutmağa çalışıb və nəticədə belə bir izdiham yaşanıb.
Tayland da yeni ilə itkilərlə girdi. Yeni il qarşılamaq üçün bütün tədbirlər görülsə də, əyləncələr qəza və ölümlərin kölgəsində qaldı.
Bayram günü içkinin miqdarını düzgün müəyyən etməyən insanlar yüzlərlə qəzaya səbəb olub. Ötən gecə bu qəzalarda 58 nəfər ölüb, 517 nəfər isə yaralanıb. Polis qaydaları pozan 71 min 168 nəfəri məsuliyyətə cəlb edib. Qəzaların 36.61%-nin içki, 23.82%-nin yüksək sürət səbəbindən baş verdiyi bildirilir.
Gülxar
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı