Toya hücum oldu, 20 nəfər öldü
Bizi izləyin

Qırmızı.az

Toya hücum oldu, 20 nəfər öldü

Əfqanıstanda toyun təşkil edildiyi yerə roketlə edilən hücum 20 nəfərin ölümü, 45 nəfərin yaralanmasına səbəb oldu.

Publika.az-ın məlumatına görə, hadisə Əfqanıstanın Helmand bölgəsində yaşanıb. Ölənlərin sayının artacağı istisna edilmir.

Polis ilkin açıqlamada hücumun hansı istiqamətdən təşkil edildiyi müəyyən edilməyib.

Yaralılar mərkəzi xəstəxanaya aparılıb. Hadisə nəticəsində ölən və yaralananların çoxunu uşaq, qadınlar olduğu müəyyən edilib. Hadisə şahidləri hücumdan sonra ölən və yaralananların sayının 100 nəfər olduğunu deyiblər.

Hadisə ilə bağlı araşdırma başlansa da, hücumu hələ ki, öz üzərinə götürən olmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm