Qırmızı.az
Metroda gediş haqqı artırıla bilər
Paytaxt ərazisində fəaliyyət göstərən nəqliyyat
vasitələrində gediş haqlarının artırılması yeraltı nəqliyyatdan da
yan keçməyəcək.
Axar.az xəbər verir ki, bir müddət
öncə Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin
Bakı regional şöbəsinin rəis müavini Əmrah Cəfərov marşrutlarda
gediş haqlarının artırılmasının labüd olduğunu açıqlamışdı. Onun
sözlərinə görə, vahid ödəniş kartlarının tətbiqi ilə bu məsələ həll
olunacaq. Lakin burada bir məqam diqqətçəkəndir. Bildiyimiz kimi,
vahid ödəniş kartları bütün nəqliyyat vasitələrində keçərlidir.
Belədə avtobuslarda gediş haqlarının artırılacağı təqdirdə
avtomatik olaraq metroda da gediş qiyməti artmış olacaq.
Xatırladaq ki, hələ bir müddət əvvəl Bakı Metropoliteninin keçmiş
rəisi Tağı Əhmədov bir sərnişinin metroda daşınmasının maya
dəyərinin 49 qəpiyə başa gəldiyini açıqlamışdı. Ona görə də metroda
gediş haqlarının qaldırılması üçün bir neçə dəfə Taarif Şurasına
müraciət olunub.
Lakin Taarif Şurası metroda gediş haqlarının qaldırılmasını məqbul
saymamışdı. Metro keçidlərində ticarət obyektlərinin ləğvindən
sonra isə gəlirləri azalan Bakı Metropoliteni dövlət büdcəsindən
verilən dotasiyanın artırılmasına ehtiyac duyur.
Bu ildən başlayaraq, neftin qiymətinin aşağı düşməsi ilə büdcə
gəlirlərində azalmalar və üstəlik, Azərbaycanda metronun gediş
haqqının qonşu Türkiyə və Rusiyadan qat-qat ucuz olması Bakı
Metropolitenində qiymətlərin artırılmasını bir daha gündəmə
gətirib.
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO